Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada ən böyük istilik elektrik stansiyası dayanıb
Ukraynada ən böyük istilik elektrik stansiyası dayanıb

"Enerqodar"ın işğalı ilə əlaqədar Ukraynanın ən güclüsü olan Zaporojye İES-i dayanıb. İşğal və hərbi əməliyyatlar ona gətirib çıxardı ki, stansiyaya kömür çatdırıla bilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Enerqodar şəhərinin meri Dmitri Orlova məlumat verib.

“Təəssüf ki, bu məcburi addımdır – şirkətdə kömür tükənib. Və onun müntəzəm çatdırılmasını təşkil etmək üçün heç bir yol yoxdur. Bu həm şəhərimizin işğalı, həm də Ukraynanın cənubunda davamlı döyüş əməliyyatları, dağıdılmış infrastruktur obyektləri, körpülər və dəmir yolunun hissələri ilə bağlı maddi-texniki çətinliklərlə bağlıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, "Enerqodar"da elektrik, istilik və isti su təchizatı ZNPP-yə veriləcək. Amma isti suyun temperaturunu bir neçə dərəcə azaldılacagı gözlənilir.

“İES-in kollektivi müvəqqəti olaraq məcburi dayanma rejiminə keçirilib. "Enerqodar"dakı bu dayanma ökəmizdə çağrılmadan gəlmiş "xilaskarlar"ın əməyinin nəticəsidir. Onların əlləri çatan hər şeyin dağıdılması və məhv edilməsinə dair çoxsaylı nümunələrdən biri”, - deyə Orlov əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya hərbçilərinin Zaporojya AES-in rəhbərlərinə "Enerqodarı" tərk etməyi qadağan etdiyi bildirilmişdi.

Qeyd edək ki, bu il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin rus ordusunun Ukraynaya daxil olması barədə qərar qəbul edib. "Xüsusi əməliyyat" adı altında başlayan müharibədə ölkənin infrasturukturunu əsasən dağıdılıb. Kommunal xidmətlər sistemi məhv edilib. Yaşayış və inzibati binalar dağıdılıb. Müharibə hələ də davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »