Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada rusiyapərəst bloger Anatoli Şariy saxlanılıb - Foto
İspaniyada rusiyapərəst bloger Anatoli Şariy saxlanılıb - Foto

Ukraynada vətənə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Shariy İspaniyada saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“İspaniyanın hüquq-mühafizə orqanları A.Şariyi 2022-ci il mayın 4-də saxlayıblar”, - verilən məlumatda deyilir.

Şariy Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir; maddə 111 (dövlətə xəyanət) və maddə. 161 (İrqindən, milli mənsubiyyətindən, dini etiqadından, əlilliyindən və digər əsaslardan asılı olaraq vətəndaşların bərabərhüquqluluğunun pozulması).

2021-ci ilin əvvəlində UTX İspaniyada yaşayan rusiyayönlü bloqer Şariyə vətənə xəyanətdə və vətəndaşların hüquqlarını pozmaqda şübhəli bilindiyini elan edib.

Müstəntiqlərin fikrincə, o, informasiya sahəsində Ukraynanın milli təhlükəsizliyinə zərər vuran qanunsuz fəaliyyətlər həyata keçirib və xarici strukturların sifarişi ilə hərəkət edib.

2021-ci ilin avqustunda Milli Təhlükəsizlik və Müdafiə Şurası Olqa və Anatoli Şari, onun həyat yoldaşı Olqa Şari və bloggerin qayınanası Alla Bondarenkoya qarşı sanksiyalar tətbiq edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »