Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya "qələbə günü"nə məğlubiyyətlə gedəcək" - ABŞ
"Rusiya "qələbə günü"nə məğlubiyyətlə gedəcək" - ABŞ

Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynaya genişmiqyaslı işğal başlamazdan əvvəl qarşıya qoyduğu bütün məqsədləri artıq puça çıxıb. Onların müharibə başlamazdan əvvəl qələbə barədə qurduqları xəyallar gerçəkləşmədi, artıq müharibəni uduzublar.

Bizimyol.info xəbər verir ki, bunu Vaşinqtonda keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Cen Psaki Cen Psaki

"Rusların qələbəni necə qeyd etmək barədə qurduqları xəyalları və planları artıq puç olub. Bunu yaddan çıxarmamaq onlar üçün çox vacibdir. Onlar təmtəraqla hazırlaşdıqları "qələbə" gününə məğlubiyyətlə gedəcəklər",- deyə Bayden administrasiyasının sözçüsü qeyd edib.

O, bildirib ki, Kreml Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırıb, lakin buna nail ola bilməyiblər.

"Prezident Putin Kiyevin küçələrində yürüş edə bilməyəcək. Onlar bu ölkənin ərazi bütövlüyünü və suverenliyini məhv edə bilməyəcəklər. Kremlin Ukraynanı işğal etmək barədə böyük ümidlərlə başladığı müharibə "böyük Rusiya ordusu"nun məğlubiyyəti ilə başa çatacaq. Çünki onlara qarşı olan birlikləri və NATO-nu parçalaya bilmədiblər",- Psaki vurğulayıb.

Bununla bağlı Ağ Evin mətbuat katibi vurğulayıb ki, indiki mərhələdə ABŞ həm döyüş meydanında silahları gücləndirməklə, həm də Ukrayna tərəfinin istənilən ehtiyaclarını təmin etməklə, danışıqlar masası arxasında Ukraynanın mövqeyini möhkəmləndirmək üçün səylər göstərir. "ABŞ və müttəfiqləri Ukraynanın sülh danışıqlarına qalib dövlət kimi getməsi üçün lazım olan hər şeyi edəcəklər",- deyə o qeyd edib.

Xatırladaq ki, Co Bayden çərşənbə günü bildirib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir və bu məsələni digər "G7" ölkələri ilə müzakirə etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »