Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Park Cinema Flame Towers-dən jurnalistlərə hörmətsiz münasibət
Bu "Qız qaçırtma" yox, dost qaçırtma gecəsi idi!

İki gün öncə Park Cinema Flame Towers-dən "Qız qaçırtma" filminin Qala gecəsində iştirak etmək üçün dəvət aldım. Dəvəti Lalə Ələkbərova adlı xanım göndərmişdi. Necə deyərlər çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Getdik getməsinə də, amma gördüyümüz münasibətə görə də getdiyimizə min peşman olduq. Tək mən deyil, bütün jurnalistlər.

Qala gecəsində mətbuat nümayəndələrinə qarşı göstərilən hörmətsizlik heyrətləndiriləcək tərzdə idi. Media əhlini öz tədbirini işqılandırmaq üçün dəvət edib, onları Qala gecəsinə dəvət olunmuş qonaqlarda ayrı saxlamaq, ikinci mərtəbəyə buraxmamamq nə demək idi? Xəzər TV filmin sponsoruydu ya nə idi anlamadım, ama filmin iştirakçılarının əksəriyyəti və Qala gecəsinin də fəxri qonaqları Xəzər TV-nin əməkdaşları oldu. Özləri çalıb, özləri oynadılar. Bəs yerdə qalanaları niyə dəvət etmişdilər? Bu nə hörmətsizlikdir? Bu qədər insan zamanını sərf edib sənin tədbirinə qatılıb ki, yalnız göndərdiyiniz press- relizləri işıqlandırsın?

İkinci xoşagəlməz məqam daha biabırçı idi. Media nümayəndələri ayrıca bir kinozalda filmi izləməyə dəvət olundu. Qonaqların yeyib -içib qurtarmasını gözlədiyimizə görə film nümayişi gec başladı. Film yarımçıq kəsildi, işıqlar yandı. Nə bir izah edən oldu , nə söz deyən. Çöldə yaxınlaşıb texniki işçilərdən nə olduğunu soruşduq, dedilər, film saat 21.41 də bitməliydi, zalda başqa film nümayiş etdiriləcək. Heyrətdən deyəcək söz tapmadıq. Mədəniyyət ocağında mediaya göstərilən bu cür münasibətə qarşı yalnız bir söz demək olar- Ayıb olsun!

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »