Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Rusiya barmağı: “Paşinyanı və silahdaşlarını öldürə də bilərlər”
Ermənistanda Rusiya barmağı: “Paşinyanı və silahdaşlarını öldürə də bilərlər”

“Biz Ermənistanda hakimiyyət dəyişikliyinin qanlı-qadalı proseslərdən keçdiyinin şahidi olmuşuq. Meydanda, parlamentdə qan tökülüb. Bu, Ermənistan cəmiyyəti, toplumu, siyasətçiləri üçün adi, normal, xarakterik bir haldır. Orada hakimiyyət dəyişikliyi normal şəkildə gerçəkləşmir”.

Bu sözləri siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələn dövrdən bəri Ermənistan cəmiyyətinin, xüsusən də radikal kəsiminin düşüncəsi üçün qəbuledilməz addımlar atır.

“İstər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlaşmaq, istər sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyanın yaradılmasına cəhd göstərmək, istər Türkiyə ilə qarşılıqlı münasibətlərin yaradılması, istərsə də digər siyasi məqamlarla bağlı addımların atılması həmin o radikal qruplar üçün qətiyyən qəbuledilən və arzuedilən hal deyil.

Ermənistanda etiraz tədbirləri daşnaklar, Sarkisyan və Köçəryan tərəfdarları, kilsə və xaricdəki Ermənistan əsilli lobbinin dəstəyi ilə gerçəkləşdirilir. Bu işin arxasında xarici dövlətlərin əsasən də Rusiyanın iştirakı məsələsi var. Diqqət edirsinizsə, sülh müqavilənin hazırlanması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin müəyyənləşdirilməsində Avropa İttifaqı daha fəal iştirak edir, görüşlər əsasın orada keçirilir. Rusiya isə sanki bu oyundan kənar vəziyyətdə saxlanılır”.

Siyasi şərhçinin sözlərinə görə, baş nazir Nikol Paşinyanın devrilməsi də, öldürülməsi də mümkün ola bilər. “Düzdür, onlar bir dəfə seçkidə, bir dəfə hərbçiləri bu işə qatdıqarı zaman məğlub oldular. Paşinyan hər iki prosesdən qalib çıxdı. Amma hər an müxalifət və xaricdən dəstəklənən qruplar orada çevriliş, qiyam, ixtişaş törədə, Paşinyanı və onun yaxın silahdaşlarını öldürə də bilərlər. Bu, Ermənistan cəmiyyəti üçün xarakterik bir haldır”.

Xatırladaq ki, son günlər Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları başlayıb. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Amma baş nazir etirazçılarıb sayının az olduğunu əsas gətirərək istefa verməyəcəyini bildirib. Müzalifət əhalini meydanlara çağırsa da, lazımi qədər kütlə toplaya bilmir. İrəvanda "izdihamlı" adı altında keçirilən mitinqlərə ən yaxşı halda 10 min adam toplaşır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »