Rusiyanın enerji sektoru üzrə ekspert Mixail Krutixin Rusiyaya qarşı neft embarqosunun tətbiqi ilə bağlı məlumatı şərh edib.
Bizimyol.info xəbər verir ki, Krutixin xatırladıb ki, hələ indiki rəsmi embarqonun tətbiqindən əvvəl neft hasilatında kəskin azalma qeydə alınıb.
Rusiya Maliyyə Nazirliyinin özünün hesablamalarına görə, bu il neft hasilatının səviyyəsi azalacaq. "2022-ci ildə Rusiyada neft hasilatı avropalıların onu almaqdan imtina etməsi səbəbindən 17% azala bilər", - bunu Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov deyib.
İstehsalda azalma olacaqmı? Olacaq. Hansı həcmlərdə: 17%, bəlkə bir az az və ya bir az çox da ola bilər. Ancaq bunula bağlı valyuta kursu ilə mövcud vəziyyəti nəzərdə saxlayırıq. İstehsalın həcmi və enerji resurslarının qiymətlərinin tnzimlənməsinə çalışırıq - bizim proqnozlarımızda bu nəzərə alınır.
Satışların necə davam edəcəyini qiymətləndirmək hələ çətindir”, - deyə o, jurnalistlərə Maliyyə Nazirliyinin Avropanın Rusiyanın enerji resurslarını almaqdan imtinasının nəticələrini qiymətləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Siluanov qeyd edib ki, Maliyyə Nazirliyi bu addımın büdcə üçün mümkün nəticələrini hesablamayıb, çünki hələlik hansı dövlətlərin belə bir addım atmağa qərar verəcəyi, hansının etməyəcəyi məlum deyil.
“Bir yerdə imtina etsələr, başqalarına satarıq”, - nazir vurğulayıb.
Krutixin deyir ki, Aİ-nin Rusiya neftinə tətbiq etdiyi embarqo mərhələli şəkildə tətbiq olunacaq və Macarıstan və Slovakiyanın embarqo ölkələri siyahısından çıxarılması ehtimalı var.
Krutixinin sözlərinə görə, buna baxmayaraq, gələn ilin əvvəlində Rusiyada neft hasilatı 50% azala bilər.
Qadir, Bizimyol.info