Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynanın bərpasında Rusiya və Avropa ölkələri iştirak etməlidir
Zelenski: Ukraynanın bərpasında Rusiya və Avropa ölkələri iştirak etməlidir

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, həm Rusiya, həm də Avropa ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasında iştirak etməlidir.

Bizimyol.info xəbər verir ki, o, bu fikri çərşənbə axşamı "The Wall Street Journal"ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxışı zamanı səsləndirib.

Sözləri ingilis dilinə tərcümə edilən Zelenski “Ukraynanın bərpasından və bunu kimin etməsindən danışarkən, hesab edirəm ki, Rusiya bu işə qarışmalıdır” deyib. O qeyd edib ki, Ukrayna bütün Avropa üçün mübarizə aparır: "Ukrayna Rusiyanın Avropaya gedən yolunu kəsdi. Bütün Avropanın əvəzindən onları alacağı yaralara sinə gərdi", - deyə qeyd edib.

Bu mənada mən əminəm ki, bütün Avropa bunu anlamalı və ölkəmizi, sənayemizi bərpa etməyə kömək etməli və təbii ki, bazarımıza gəlməlidir”, - deyə Zelenski davam edib. Eyni zamanda, Ukrayna lideri “Rusiya Ukraynaya təzminat ödəməlidir” fikrini əsaslandırıb. “Biz bunu aydın başa düşürük” deyən o, Kiyevin “Qərb ölkələrindən müvafiq siqnallar aldığını” vurğulayıb.

Zelenski daha əvvəl demişdi ki, hərbi əməliyyatlar bitdikdən sonra ölkəsinin yüz milyardlarla dollar maliyyə dəstəyinə ehtiyacı olacaq. Ondan sonra isə Ukraynanın baş naziri Denis Şmıqal bu potensial dəstəyin məbləğini 600 milyard dollar qiymətləndirib. Onların bu bəyanatları Dünya Bankının (DB) təşkilatçılığı ilə DB-nin prezidenti David Malpas və Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyevanın da iştirak etdiyi dəyirmi masada videokonfrans vasitəsilə çıxışları zamanı səsləndirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »