Rusiyanın tanınmış yazıçısı Dmitri Qluxovski bildirib ki , Ukraynaya qarşı qanlı müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin bu yolla öz şəxsi problemlərini həll etməyə çalışır . O hesab edir ki , diktatorun psixoloji kompleksi var.
Bizimyol.info xəbər verir ki, Müəllif bu barədə “Meduza”-ya müsahibəsində danışıb . Qluxovski Putinin səlahiyyət müddətini uzatmağa çalışdığını da təsdiqləyib.
"Düşünürəm ki, Putin ilk növbədə özünü böyük ölkənin tarixində təsadüfi şəxs kimi hiss edir və indi bu problemi həll etməyə çalışır. Bildiyimiz kimi, o, Rusiyanın tarixini öyrənməyə çox maraq göstərir və təbii ki, özünü imperiyanın keçmiş rəhbərləri ilə müqayisə etməlidir. İndi ortaya bir şey qoymalıdır, xüsusən ona görə ki, o, o öz sələflərinin bir çoxundan daha uzun müddət hakimiyyətdə qalıb. O, adının Rusiya tarixinə yazılması məsələsini həll edir”,- deyə Qluxovski bildirib.
Onun sözlərinə görə, Rus diktatorunun bir sıra psixoloji kompleksləri və fiziki xəstəlikləri var. Yazıçı Rusiya “çar”ının düşüncələrini də təsvir edib: "Putin, Qorbaçov, Xruşşov, Stalin, Lenin, 2-ci Nikolay, 3-cü Aleksandr, 2-ci Yekaterina, 1-ci Pyotr, bəs məni necə xatırlayacaqlar, mən nə etmişəm? Qoy, məni Qorbaçovun itirdiyi torpaqları bir yerə cəmləyən adam kimi xatırlasınlar. 20-ci əsrin ən böyük geosiyasi faciəsini – SSRİ-nin süqutunu geri çevirməyə çalışan şəxs!”.
Qluxovski hesab edir ki , Rusiya xalqının özü də bu işdə Putinə kömək edir, “sovetlərin estetik böyüklüyünə, kommunist ehtiraslarına və sosialist sosial paketinə can atır”. Bu tendensiyanın səbəbini Qluxovski mərkəzi TV-də “sovetlər” in ideallaşdırılması təbliğatında görür.
"Və Putinin elitası da eyni komplekslər və şübhələrdən əziyyət çəkir. Tənəzzülə uğrayan illərdə özlərini tarix dərsliklərində kiçik hərflərlə də olsa, Putinin yanına yazdırmaq şansı əldə edirlər. Bu, həm də onlar üçün şəxsi məsələdir. Amma bu həm də çox sosial əhəmiyyətli məsələdir, çünki “fırıldaqçı kompleksi” təkcə möhtəşəm saray tikməklə yox, həm də on minlərlə ukraynalı və on minlərlə Rusiya vətəndaşının qanına bais olmaqla üstələnir”,- deyə Qluxovski yekunlaşdırıb.
Qluxovski daha əvvəl demişdi ki, Rusiya Ukrayna ilə müharibədə artıq uduzub. Onun fikrincə, iqtisadi sanksiyalar, NATO alyansının genişlənməsi və Rusiya Federasiyasının enerji resurslarından imtina olunması nəticəsində Rusiya imperiyası dağılacaq.
Bizimyol.info