Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nuland Vaşinqtonda Mirzoyanla Qarabağdakı vəziyyəti müzakirə edib
Nuland Vaşinqtonda Mirzoyanla Qarabağdakı vəziyyəti müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər. Departament rəhbəri ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini qeyd edib.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Mirzoyan və Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqlara başlamaq prosesini müzakirə ediblər. Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini vurğulayıb", -deyə məlumatda bildirilir.

Tərəflər 2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində yaranmış humanitar problemləri də müzakirə ediblər. Məlumatda bildirilir ki, diplomatlar xüsusən, Mirzoyan və Nuland erməni hərbi əsirlərin və digər məhbusların azad edilərək vətənə qaytarılması, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mədəni - mənəvi irsinin bərpası, qorunub saxlanması məsələlərini müzakirə ediblər.

Qadir, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »