Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı rejissorun Zəngəzurda film çəkməsi Ermənistanda aranı qarışdırdı
Azərbaycanlı rejissorun Zəngəzurda film çəkməsi Ermənistanda aranı qarışdırdı

Sosial şəbəkələrdə azərbaycanlı rejissorun Ermənistanda sənədli film çəkməsi ilə bağlı yayılan məlumat geniş ictimai rezonansa səbəb olub. Yerli mətbuat qalmaqallı məlumatın müəllifi, kinoprodüser Anna Zakaryan və Kino Mərkəzinin direktoru Şuşanik Mirzəxanyandan açıqlama alıb.

Məlum olub ki, sənədli filmi dünyaca məşhur “National Geographic” telekanalı çəkir. Filmin rejissoru və aparıcısı isə əslən Azərbaycandan olan şəxslərdir. Açıqlamada deyilir ki, bu üzdən də Ermənistandan dəvət edilmiş prodüserlər, operatorlar və rejissorların əksəriyyəti layihədə iştirakdan imtina edib. Amma onların boykotu vəziyyəti dəyişməyib – “National Geographic” azərbaycanlı əməkdaşlarını layihədən uzaqlaşdırmayıb, əvəzində işləməyə razılaşan başqa Ermənistan vətəndaşlarını layihəyə cəlb edib.

Anna Zakaryanın sözlərinə görə, Azərbaycan əsilli rejissor və aparıcını Ermənistan hökumətinin nümayəndəsi müşayiət edib.

“Azərbaycanlılar Ermənistan ərazisində çəkiliş aparmaq üçün Milli Təhlükəsizlik Xidmətindən və Xarici İşlər Nazirliyindən icazə alıblar. Onlar filmdə öz torpaqlarına həsrət qaldıqlarını deyiblər, babalarının bu torpaqlarda necə yaşayıb-yaratdıqlarından danışıblar... Həmkarlarım bu komanda ilə əməkdaşlıq etməkdən imtina etdilər, amma pulun açmadığı qapı yoxdur və bu, milləti məhv edir”,- deyə Zakaryan yerli mətbuata bildirib. Onun sözlərindən belə aydın olur ki, Zəngəzurda da çəkilişlər gedib və azərbaycanlı əməkdaşlar bu torpaqlarda ulu babalarımızın yaşadıqlarını vurğrlayıblar.

“Qoy icazə verən dövlət qurumları bu barədə düşünsünlər”,- deyə Zakaryan qəzəbini ifadə edib. O həmçinin şübhə edir ki, Ermənistan hökuməti filmin yayılmasının qarşısını almaq istəyəcək, xüsusən də çəkiliş üçün icazəni onların özü veribsə...

Bu arada o qeyd edir ki, filmin nümayişi qadağan olunarsa, sual yaranacaq ki, niyə azərbaycanlılara bütün Ermənistan ərazisində çəkiliş aparmağa icazə verilib?

"Filmin nümayişinə qadağa qoyulubsa, lakin müəyyən persona artıq Ermənistanda olubsa, buna tamam başqa prizmadan baxmaq olar. O, sənədli film çəkmək adı altında bütün Ermənistanı gəzib, bir çox detalları – insanların həyatının xüsusiyyətlərini qeydə alıb. Bu, daha çox məlumat toplamağa bənzəyir”,- Zəkəryan deyir.

O iddia edib ki, Ermənistan Milli Kino Mərkəzinin əməkdaşları çəkilişlərdə iştirak ediblər. Yerli mətbuat açıqlama almaq üçün Ermənistan Milli Kino Mərkəzinin direktoru Şuşanik Mirzəxanyanla əlaqə saxlayıb. Onun sözlərinə görə, Kino Mərkəzinin bu filmin çəkilişinə heç bir aidiyyatı yoxdur.

"Rəsmi olaraq bildirirəm ki, bizim çəkilişlə heç bir əlaqəmiz yoxdur. O ki qaldı konkret bu məsələyə, bu, mənim üçün tamamilə yeni məlumatdır, mən özüm də bu gün sosial şəbəkələrdən öyrənmişəm”,- deyə Mirzəxanyan vurğulayıb.

O, Anna Zakaryandan konkret adların açıqlanmasını tələb edib, əks halda onun sosial şəbəkədəki paylaşımı Kino Mərkəzinin bütün kollektivinə qarşı böhtan sayılacaq. "Əgər o, həqiqətən nəyisə bilirsə, qoy açıq-aydın ad çəksin. Əgər belə bir məlumatı yoxdursa, o, sözlərini rəsmən təkzib etsin",- direktor deyib.

O, həmçinin bildirib ki, məlumat təsdiqini tapmasa və təkzib dərc olunmasa, Kino Mərkəzi Zakaryanı hüquqi məsuliyyətə cəlb etmək üçün böhtanla bağlı məhkəməyə verəcək.

Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »