Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Odessaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Odessa şəhərinin infrastruktur obyektlərinə raket hücumu həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib.

"Düşmən Odessanın infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Təəssüf ki, ölənlər və yaralananlar var. Biz bunu belə qoymayacağıq. Ukrayna torpaqlarında bir işğalçı qalana qədər onları məhv edəcəyik”, - Marçenko sosial şəbəkə hesabında yazıb.

Deputat Aleksiy Qonçarenko bildirib ki, raket zərbəsi zamanı 13 yaşlı yeniyetmə oğlan ölüb, 18 yaşlı qız yaralanıb.

Raket hücumunun təfərrüatları dəqiqləşdirilir.

Paylaş »
››› "Putindən qəribə qoxu gəlirdi" - Fiona Hill
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »