Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq edib
Bill Qeyts koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq edib

Dünyada hələ də koronavirusun ən təhükəli ştamının olma ehtimalı var.

"Report" xəbər verir ki, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Daha da yoluxucu və ölümcül bir variantla (COVID-19) qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, amma pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik", - Qeyts deyib.

Milyarderin fikrincə, əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qrup yaratmaq lazımdır.

O, ölkə liderlərini sağlamlıq böhranına diqqətlə baxmağa və gələcək pandemiyanın qarşısını almaq üçün investisiyaları artırmağa çağırıb.

Daha əvvəl Bill Qeyts vurğulayıb ki, əgər elm adamları daha əvvəl müalicə icad edə bilsəydilər, COVID-19 pandemiyası başqa cür ola bilərdi.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »