Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Çinə təhlükəsizlik qarantı olmasını təklif edib
Ukrayna Çinə təhlükəsizlik qarantı olmasını təklif edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna tərəfi Çinə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağı təklif edib.

Bizimyol.info xəbər verir ki, Kuleba bu barədə Sinxua agentliyinə müsahibəsində bildirib.

"Hazırda Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən, o cümlədən Çindən və digər böyük dövlətlərdən təhlükəsizlik zəmanəti almaq imkanlarını öyrənir. Bizim Çinə Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq təklifimiz bizim hörmət və ehtiramımızın əlamətidir. Çin Xalq Respublikasına güvənirik", - dedi Kuleba.

Nazir həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesi “daha ​​mürəkkəbləşib”. Dmitri Kuleba vurğulayıb: “Rusiya indi dayandırılmasa, bir neçə ildən sonra yeni böhranlara səbəb olacaq”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »