Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin ilk Günəş tutulması başlayıb
İlin ilk Günəş tutulması başlayıb

Aprelin 30-da saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə  AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək və mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »