Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəbərdarlıq: Ukraynanın Belarusla sərhədinə “İskəndər”lər yerləşdirilir
Xəbərdarlıq: Ukraynanın Belarusla sərhədinə “İskəndər”lər yerləşdirilir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusla sərhəd ərazilərdə düşmənin təxribat törətməyə hazırlaşması barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Qərargahın bu gün saat 18:00-a olan məlumatında qeyd edilib.

Volın və Polesye istiqamətlərində Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna-Belarus sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsinin gücləndirilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam etdiyi bildirilir.

"Sərhəd rayonlarda düşmənin təxribat planları hazırlaması istisna edilmir. Düşmənin Ukrayna ərazisindəki hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır. Bölgədə hərəkətliliyin artması təxribar hazırlığı barədə etimalı gücləndirir. Bölgəyə nəzarət gücləndirilir və raketlərin yerləşdirilməsinə hazırlıqla bağılı kəşfiyyat məlumatları gəlir", - Baş Qərargah qeyd edib.

Mövcud məlumata görə, həmin vaxta qədər Rusiyanın “İskəndər-M” OTRK-ları Belarus ərazisində gətirib və Rusiya Aerokosmik Qüvvələrinin ayrı-ayrı aviasiya bölmələri müəyyən aerodromlarda yerləşməkdə davam edir.

Bundan əlavə, Severski istiqamətində düşmən Ukrayna qoşunlarını və Ukraynanın Rusiya Federasiyası ilə həmsərhəd rayonlarında infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

Rusiya işğalçıları Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində mülki infrastruktura və yaşayış məntəqələrinə raket-bomba zərbələri endirir, davamlı artilleriya atəşinə tutur.

Baş Qərargah əlavə edib ki, düşmən Ukrayna vətəndaşlarını qanunsuz olaraq həbs etməkdə və onlara işgəncə verməkdə davam edir.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna kəşfiyyatının Belarusda Rusiya hərbi təyyarəsi və “İsgəndər” diviziyasını aşkar etdiyi bildirilirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »