Çinin mərkəzində xilasedicilər şənbə günü ən azı 18 nəfərin hələ də qapalı ola biləcəyi qismən çökmüş binadan beş nəfəri sağ çıxarıblar.
Bizimyol.info xəbər verir ki, Hunan əyalətinin Çanşa şəhərində otel, mənzillər və kinoteatrın yerləşdiyi, içəridə 23 nəfərin olduğu altı mərtəbəli bina, cümə günü günortadan sonra çökdüb. Səlahiyyətlilər həmçinin bildiriblər ki, bina yıxılan zaman onun ətrafında olan digər 39 nəfərlə əlaqə saxlamaq mümkün deyil.
"İtkin düşənlərin vəziyyəti daha ağır olduğu güman edilir", - deyə bələdiyyə sədri Zheng Jianxin bildirib.
Səlahiyyətlilər mətbuat konfransında bildiriblər ki, xilas edilən 5 nəfər xəstəxanya yerləşdiriliblər, vəziyyətləri stabildir.
Çində zəif təhlükəsizlik standartları və tikinti keyfiyyət standartlarının tətbiqi ilə məşğul olan məmurlar arasında korrupsiya səbəbindən binaların çökməsi nadir hal deyil.
Yanvar ayında Çonqinq şəhərində şübhəli qaz sızması nəticəsində baş verən partlayış nəticəsində bina çökmüş, ondan çox adamın həlak olması barədə məlumat verilmişdi.
2021-ci ilin iyununda Şiyan şəhərində yaşayış kompleksinə qaz partlayışı nəticəsində 25 nəfər də binanın dağıntıları altında həyatını itirmişdi.
Dövlət xəbər agentliyi "Sinxua"nın məlumatına görə, prezident Si Tsinping "nəyin bahasına olursa olsun" son qurbanları xilas etmək üçün göstərişlər verib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, yıxılan binanın kirayəçiləri binada konstruktiv dəyişikliklər ediblər, lakin fəlakətin dəqiq səbəbləri hələ də araşdırılır.
Qadir, Bizimyol.info