Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktrisa Ancelina Coli Ukraynaya gedib - Video
Məşhur aktrisa Ancelina Coli Ukraynaya gedib - Video

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri, məşhur aktrisa Ancelina Coli fevralın 24-dən Rusiyanın işğalçı hücumlarına məruz qalan Ukraynaya gedib.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda məşhur aktrisa Ancelina Coli aprelin 30-da Ukraynanın qərbindəki Lvov şəhərindəki kafedən qəhvə içərkən görüntülənib.

Maya Pidhorodetska videonu sosial media hesabında “Nothing Special” hesabında paylaşıb: "Mən sadəcə, Lvovda qəhvə içməyə getdim və Ancelina Colinin burada olduğunu gördüm. Ukrayna bütün dünya tərəfindən dəstəklənir”,- deyə o bildirib.

46 yaşlı Coli videonu çəkən şəxsə əl yelləyərib. Coli adi və rahat geyimlərə üstünlük verməsi ilə diqqət çəkib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »