Ukrayna təcavüzkar ölkədən Mariupoldan 2 humanitar dəhliz açmağı tələb edir: biri Azovstaldan, digəri şəhərin özündən. Kiyev belə bir xahişlə Putinə və Roma Papasına müraciət ünvanlanıb.
Bizimyol.info xəbər verir ki, İtaliyanın “İl Messaggero” qəzetinin yazdığına görə, pontifik "Azovstal"dan mülki əhalinin papa bayrağı altında gəmiyə təxliyə edilməsinə icazə verilməsi xahişi ilə üç dəfə Kreml rəhbərinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
Bildirilir ki, Vatikan indi "Azovstal"dan insanların evakuasiyasını təşkil etmək üçün gələcək cəhdlərə də bədbin yanaşır. “Lakin Vatikan diplomatiya və çoxtərəflili münasibətlərin bu sahəsində də işə yarayacağını güman edərək, müraciətini davam etdirməkdə israrlıdır. Əks halda müharibə Ukrayna mülki şəxslərinin və uşaqlarını həyatını udmaqda davam edəcək”, - deyə qəzet yazıb.
Papanın narahatlığına səbəb olan "Azovstal"da vəziyyət necədir? Mariupol artıq iki aydır ki, rus qoşunları tərəfindən blokadadadır. Düşmən şəhərə artilleriya və hava zərbələri endirməkdən əl çəkmir. Həm mülki şəxslərin, həm də hərbçilərin yerləşdiyi "Azovstal" polad zavodu praktiki olaraq dağıdılıb. Döyüşçülər şəhərin siyasi və ya hərbi yolla azad ediləcəyinə ümid edirlər.
Qeyd olunur ki, “Azovstal”da azı 2 min mülki şəxs var. İnsanlar dəhşətli vəziyyətdədir, dərman yoxdur, su və yeməklə bağlı fəlakətli vəziyyət var. Mariupol qorxulu xəstəliklər yaylmaqdadır. Yaralıların müalicəsi üçün lazımi şərait və preparatlar çatışmır.
Bir gün əvvəl Ukrayna Rusiyaya "Azovstal" divarları yaxınlığında danışıqların xüsusi raundunu keçirməyi təklif edib və imtinanın nəticələri barədə xəbərdarlıq edib.
Qədir, Bizimyol.info