Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Növbəti hədəf Marsdır”: Podolyak Lavrovun söylədiklərinə rişxənd edib
“Növbəti hədəf Marsdır”: Podolyak Lavrovun söylədiklərinə rişxənd edib

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, rus dilində azadlıq kəlməsi əməldə kütləvi qırğın deməkdir. Axı Putinin ordusu geridə yalnız xarabalıqlar qoyur.

Bizimyol.info xəbər verir ki, bu barədə Podolyak Rusiya xarici işlər naziri Sergey Lavrovun Qərbdən “azad olmaq” zərurəti ilə bağlı qəzəbli bəyanatından sonra öz “Twitter” hesabında yazıb.

“Dünyanı Qərbdən azad edin” – Rusiya növbəti dəfə Ukraynada dağıdıcı “xüsusi əməliyyat”ın yeni məqsədini açıqlayıb. Rus dilində "azadlıq" həm də kütləvi qırğın deməkdir. Bununla belə, Rusiya Biz gözləyirik ki, Federasiyasının növbəti "xüsusi əməliyyat"ının əsas məqsədi Marsı Marslıların təsirindən “azad edilməsi” ilə bağlı ola bilər”, - deyə Podolyak vurğulayıb.

Qeyd edək ki, Lavrov Çinin “Sinxua” agentliyinə müsahibəsində kinli şəkildə bəyan edib ki, Ukraynadakı müharibə “dünyanın Qərbin irqçilik və eksklüzivlik kompleksində əli olan neokolonial zülmündən azad edilməsi prosesinə töhfə verir. Lavrov hesab edir ki, Qərb guya “tarixin gedişatına müdaxilə edir”.

Xatırladaq ki, Lavrov həmçinin bildirib ki, Moskva Kiyevlə anti-Rusiya sanksiyalarının ləğvi də daxil olmaqla bir çox məsələləri müzakirə etmək istəyib.

Aprelin 29-da danışıqlar prosesində iştirak edən Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə əksinə olaraq, Rusiya ilə dialoqun dinamikasının səngidiyini qeyd edib.

Buna səbəb Kiyevin paytaxtın yaxınlığında rus hərbçilərinin vəhşiliklərinə dair sübutlar əldə etməsi və Rusiya Federasiyasının Ukraynanın şərqində aktiv döyüş əməliyyatlarına başlamasıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »