Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin təbliğatçıları: 3 dəqiqədə Avropanın 3 paytaxtını vura bilərik
Putinin təbliğatçıları: 3 dəqiqədə Avropanın 3 paytaxtını vura bilərik

Rusiya dövlət televiziyası Böyük Britaniyanın Silahlı Qüvvələr nazirinin Ukraynanın Rusiya infrastrukturuna zərbələrini dəstəkləyən şərhlərinə cavab olaraq, Vladimir Putinin Avropanın üç paytaxtına nüvə zərbəsi endirməsini simulyasiya edən təbliğatçılar nüvə zərbəsindən sonra o şəhərlərdə “sağ qalan olmayacağını” bəyan ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib. Bildirilir ki, Birinci Kanalın "60 Dəqiqə" proqramının aparıcıları Ukraynada davam edən müharibə fonunda gərginliyin artdığı bir vaxtda Rusiyanın London, Paris və Berlin şəhərlərini 200 saniyə ərzində nüvə raketləri ilə vurula biləcəyini bildiriblər.

Bu, NATO-nun keçmiş rəhbəri Riçard Şerifin Qərbin Ukraynada Rusiya ilə “ən pis ssenari” müharibəsinə hazırlaşması barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir. Telekanal ekspertin: "Rusiya prezidentinin mayın 9-da keçiriləcək Qələbə günü paradından qonşusuna total müharibə elan etmək üçün istifadə edə bilər", - xəbərdarlığından sonra nüvə müharibəsi barədə müzakirə açıb.

Cümə axşamı verilişində millətçi "Rodina" partiyasının sədri Aleksey Juravlyov Rusiya Böyük Britaniyaya qarşı nüvə silahını işə salsa, nə baş verəcəyini düşünərək deyib: "Bir "Sarmat" raketi atılacaq və Britaniya adaları artıq olmayacaq",- deyib.

Aparıcılardan biri ondan söylədiyi fikri şərh etməsini istəyəndə,  o, "bunu tam ciddi olaraq dediyini" bildirib. Başqa bir aparıcı isə Böyük Britaniyanın da nüvə silahına sahib olduğunu qeyd edib və "bu müharibədə heç kimin sağ qalmayacağını" əlavə edib.

Daha sonra şouda iştirak edən prodüserlər izləyicilərə Rusiyanın Polşa, Litva və Baltik dənizi arasındakı anklavı olan Kalininqraddan raketlərin buraxıla biləcəyini göstərən xəritəni göstərdilər. Onların Berlinə 106 saniyəyə, Parisə 200 saniyəyə və Londona 202 saniyəyə çata biləcəyini göstərib.

Bu, Böyük Britaniya və digər qərb dövlətlərinin Ukraynaya dəstəyini davam etdirdiyi bir vaxtda baş verir, müttəfiqlər mühasirədə olan ölkəyə avadanlıq, hərbi maşın və silahlar verir. Ukraynaya qərbin dəstəyinə cavab olaraq müharibə qızışdıran Putin orduya "Şeytan II" kimi tanınan "Sarmat" raketlərini sınaqdan keçirməyi əmr edib.

Keçən həftə Putin ölkəsinin hipersəs raketlərinin “bütün müasir müdafiə sistemini keçə biləcəyini” və “payızda” Böyük Britaniyanı vurmağa hazır ola biləcəyini fəxrlə qeyd edib.

Qadir, Bizimyol.info

P.S. Pentaqon rəsmisi "Sarmat"la bağlı sualı cavablandırarkən, bunun ABŞ və ya Avropa üçün təhlükə törətmədiyini bildirib. Əvvəllər Kreml təbliğatçları "İskəndər" raketlərini də şövqlə təbliğ edirdilər. Hətta arqumentləri tükənəndə "Ne smeşite naşi İskandera" ("Bizim İskəndərləri güldürməyin") deyə lovğalaşırdılar. Amma elə Qarabağda 44 günlük müharibə zamanı bu ballistik raketlər müəyyən mənada gülüş obyektinə çevrildi. Rusiyanın nüvə arsenalının da deyildiyi qədər işlək vəziyyətdə olmadığı ehtimal olunur. Böyük Britaniya rəhbərliyi Rusiyadan nüvə təhlükəsi gələrsə, müttəfiqlərlə məsləhətləşmədən Rusiyaya birbaşa zərbə endirəcəklərini bəyan ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »