Genişmiqyaslı işğalın əvvəlindən düşmənin ümumi döyüş itkiləri təxminən 23.200 nəfər təşkil etdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son sutka ərzində düşmənin ən böyük itkisini İzyum istiqamətində verdiyi bildirilir. Məlumat dəqiqləşdirilir.
Bundan əlavə, fevralın 24-dən Rusiya ordusunun verdiyi itkilər aşağıdakı kimi olub: tanklar - 1008, zirehli döyüş maşınları - 2445, artilleriya sistemləri - 436, MLRS - 151, hava hücumundan müdafiə sistemləri - 77, təyyarələr - 190, helikopterlər - 155, nəqliyyat vasitələri - 1701, gəmilər / qayıqlar - 8, yanacaq-sürtkü materialları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli PUA-lar - 232, xüsusi texnika - 32, OTRK/TRK/mobil SRBM sisteminin buraxılış qurğuları - 4.
Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini təmin etmək məqsədilə Rusiyanın Şərq Əməliyyat Zonasında hücum əməliyyatları davam edir.
Rusiya ordusu Ukrayna ərazisinin dərinliklərində mülki və hərbi infrastruktur obyektlərini, qoşunlarımızın təmas xətti boyunca və sərhədyanı rayonlarda mövqelərini havadan və raketdən zərbələr endirir, artilleriyadan atəşə tutur. İşğalçı qoşunların yenidən qruplaşdırılması və qruplaşmalarının gücləndirilməsi davam edir.
Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri 10 hava hədəfini: bir təyyarə və “Orlan-10” operativ-taktiki səviyyəli 9 PUA-nı vurub.
Donetsk və Luqansk vilayətləri ərazisində son sutka ərzində düşmənin on dörd hücumu dəf edilib, on bir tank, yeddi artilleriya sistemi, iyirmi səkkiz zirehli texnika və on dörd müxtəlif texnika məhv edilib.
Qadir, Bizimyol.info