Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Ermənistan nümayəndələri görüşəcəklər
Türkiyə və Ermənistan nümayəndələri görüşəcəklər

Sərdar Kılınc və Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan mayın 3-də yenidən bir araya gələcəklər.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş Vyanada keçiriləcək. Xüsusi görüşdən əvvəl diqqətlər yenə Zəngəzur dəhlizinə yönəlir.

Bu diqqətin Ermənistan iqtisadiyyatına müsbət təsir göstərdiyini hər kəs desə də, Erməni diasporu buna qarşı çıxır. Lakin yeni gün daha günü gündən gəlir mənbəyinin azalması ölkəni bir daha düşünməyə vadar edəcək. Siyasi ekspertlər düşünür ki, Zəngəzur dəhlizinin açılması Türkiyə, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin müsbət tərəfə inkişaf etməsi Ermənistan planlarına tərsdir. Çünki hər dəfə qondarma erməni soyqırımı iddiaları ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək cəhdi bu zaman iflasa uğrayacaq.

Bütün normallaşma prosesində Türkiyə və Azərbaycanın atdığı addımlar bölgədə sakitliyin,rifahın bərqərar olmasına hesablanıb. Qərbin, xüsusilə də Avropa Birliyinin Azərbaycanın zaman-zaman məruz qaldığı Vandalizm aktlarına göz yuması ölkəmizin prezidenti tərəfindən bir daha səslənmişdir.

Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunova görə, Rusiya Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər.

Onun qənaətinə görə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına da fayda gətirəcək.

Havar, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »