Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
May ayı üçün ulduz falı: Ayın 7 günü daha uğurlu olacaq
May ayı üçün ulduz falı: Ayın 7 günü daha uğurlu olacaq

Bizimyol.info 2022-ci ilin may ayı üçün ulduz falını təqdim edir:

Ulduzlar cədvəlinizi əvvəlcədən tərtib etməyi və vacib işləri əlverişli günlərə təyin etməyi məsləhət görür: 2, 9, 13, 20, 21, 27 və 30 may tarixləri - bu günlərdə fəza enerjisi hər hansı bir təşəbbüsə dəstək verəcək. Əlverişsiz günlərdə diqqətli və ehtiyatlı olmaq lazımdır: 11, 14, 18, 22, 28 və 29 may tarixləri – bu günlərdə böyük məbləğdə alış-veriş və ya iri maliyyə əməliyyatları həyata keçirmək arzuolunmazdır.

Qoç - May ayı karyera ideyalarınızı həyata keçirmək üçün ən uğurlu vaxt olacaq. Qoçlar öz peşəkarlığını göstərə biləcək, bu həm onların maliyyə durumuna, həm də həmkarları arasında nüfuzuna müsbət təsir edəcək.

Buğa - Bu bürc üçün may ayı maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlverişli zaman kəsimi olacaq. Əlavə gəlir imkanları daim ortaya çıxacaq. Sadəcə, onlardan istifadə etmək lazımdır. Başqa sahələrdə böyük uğurlar olmasa da, uğursuzluqlar da olmayacaq.

Əkizlər - Ulduzlar sağlamlığınıza diqqət yetirməyi tövsiyə edir. Həddindən artıq işləmək və daimi ruhi gərginlik səhhətinizə mənfi təsir göstərəcək. Aktiv istirahət, yaxud dostlar və ya ailə üzvləri ilə vaxt keçirmək mənfi təsirlərin qarşısını almağa kömək edəcək.

Xərçəng - Bu bürcün qadınları üçün may ayı şəxsi həyatlarında xoş dəyişikliklərlə yadda qala bilər. Subay qadınlar rənhalığa son verə bilərlər. Bu ay qurulan ailələr ömürlük olacaq, rahat bir atmosfer şəraitində birlikdə uzun həyat sürəcəklər. Bürcün kişi nümayəndələri isə maliyyə durumlarını yaxşılaşdırmağın yeni yollaerını tapacaqlar.

Şir - Əksər hallarda olduğu kimi, əsas narahatlıqlar maliyyə ilə bağlı olacaq – uğursuz alışlar maliyyə itkilərinə səbəb ola bilər. Həm də şəxsi həyatınızda problemlər yarana bilər. Ancaq kənarda səbəb axtarmaq lazım deyil, hamısı sizin öz təşəbbüsünüzlə olacaq. Atacağınız addımları barədə iki dəfə düşünün ki, sonradan peşman olmayasınız.

Qız – Ulduzlar may ayında Qızlara ehtiyala davranmağı məsləhət görür. Qızlar pis adam kimi tanınan şəxslərdən uzaq durmalıdırlar. Belə adamlar həm yaxın dostlar və həmkarlar, həm də yad insanlar arasında ola bilərlər. Şəxsi məlumatlar və planlarınızı xüsusən də tanımadığınız insanlarla paylaşmağa ehtiyac yoxdur. Fırıldaqçılıq qurbanı ola bilərsiniz.

Tərəzi - Bu bürcün nümayəndələri özlərində güc artımı hiss edəcəklər. Enerji artımı tamamlanması lazım olan köhnə işlərin qayğısına qalmağa kömək edəcək. Amma taleyin köməyinə baxmayaraq, öz gücünüzü çox da yüksək qiymətləndirməyin. Bütün vəzifələri bir anda öhdənizə götürməyiniz lazım deyil, onları tədricən həll etmək daha yaxşıdır. Əks halda məyusluq yaşayacaqsınız.

Əqrəb - May perspektivli ay olacaq, lakin lazımi dərəcədə səy göstərmədən hədəflərinizə çata bilməyəcəksiniz. Ulduzlar yalnız ən vacib vəzifələrə diqqət yetirməyi tövsiyə edir, o zaman onları vaxtında həll etmək mümkün olacaq. Xırda işlərə vaxt itirsəniz, böyük hədəflər sizdən uzaqlaşacaq.

Oxatan - May ayı yaradıcı insanlar üçün əlverişli dövrdür. Ulduzlar Oxatanlara tam potensiallarını reallaşdırmaq istiqamətində kömək edəcəklər. Bəlkə də hansısa bir hobbinizi qazanc mənbəyinə çevirəcəksiniz. Amma bütün maliyyə hədəfləri ciddi planlara istinadla əldə edilə bilər. Plansız cəhdlər uğursuzluq gətirə bilər.

Oğlaq – Ulduzlar bütün məsələlərdə, xüsusən də tanımadığınız insanlarla münasibətlərdə diqqətli olmağı tövsiyə edir. Bu ay xəyanətin və gizli niyyətlərin qurbanına çevrilə bilərsiniz. Çətinliklər təkcə işdə deyil, evinizin divarları arasında da gözləyə bilər. Bəlkə də sevdiyiniz bir adamla həftələrlə davam edəcək bir fikir ayrılığı yaranacaq. Amma münasibətlərə hərarətin qayıtması sizdən asılı olacaq – güzəştə getməyə hazır olun.

Dolça – Yay fəslinin ilk günlərini gətirən may ayı sakit keçəcək, sizin üçün heç bir xoşagəlməz hadisə ehtimal edilmir. Bununla belə, heç bir xoş sürprizlərə də arxayın olmayın. Zamanın əlverişli ab-havasından bəhrələnib çoxdan gözlənilən istirahət tətilinə çıxa bilərsiniz. Ailə üzvlərinizin əhatəsində səfərlər də yaxşı alınacaq.

Balıq – May ayında öz imkanlarınızı reallaşdırmaq ehtiyacını hiss edəcəksiniz. Bu impulsu söndürməyə ehtiyac yoxdur – onun ardınca gedin. Nəticədə şəxsi həyatlarını yaxşılaşdırmaqla yanaşı, maraqlı layihələrdə iştirak edə biləcəksiniz. Əsas odur ki, prioritetləri düzgün təyin edin. Ayın sonunda öz davranışınızdan məmnun qalacaqsınız.

Son xəbərlər
Bütün xəbərlər »