Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya bu təzyiqlərə görə çökməyəcək"
"Rusiya bu təzyiqlərə görə çökməyəcək"

"Rusiya Qərb ölkələrinin sanksiya təzyiqini dəf edib, onu zəiflətmək mümkün olmayacaq, vəziyyət artıq stabilləşir".

Bizimyol.info xəbər verir ki, bunu “Sinxua” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Donbassın müdafiəsi üzrə "xüsusi əməliyyat" kollektiv Qərb üçün Rusiyaya, onun hüquqi və fiziki şəxslərinə qarşı kütləvi məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün bəhanəyə çevrilib. ABŞ, Böyük Britaniya, Kanada, Aİ ölkələri iqtisadiyyatımızı “boğmaq”, onun rəqabət qabiliyyətini zəiflətmək, ölkənin gələcək mütərəqqi inkişafına mane olmaq məqsədini gizlətmirlər. Açığı, bu rusofob xətti nəinki heç nə ilə əsaslandırmaq olmur, həm də heç bir perspektivi də yoxdur. Prezident Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya bu misli görünməmiş təzyiqə tab gətirdi. İndi vəziyyət sabitləşir, baxmayaraq ki, əlbəttə, bütün risklər hələ keçməyib. Hər halda, Rusiya bu təzyiqlərə görə çökməyəcək”,- deyə nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri diqqəti Qərbin hakim dairələrinin anti-Rusiya sanksiyalarının artıq əks effekt verərək öz dövlətlərinin sadə vətəndaşlarına zərər verməyə başlamasına yönəldib: "Mən ABŞ-da və bir çox Avropa ölkələrində iqtisadi dinamikanın pisləşməsini, o cümlədən inflyasiya və işsizliyin artmasını nəzərdə tuturam",- deyə o qeyd edib.

Sergey Lavrov və Vladimir Putin Sergey Lavrov və Vladimir Putin

Lavrov əmin olduğunu bildirib ki, Rusiya Federasiyası iqtisadiyyatı yenidən konfiqurasiya edəcək və gələcəkdə rəqiblərin mümkün qeyri-qanuni düşmənçilik hərəkətlərindən qorunacaq: "Biz Rusiya iqtisadiyyatının, onun maliyyə sisteminin sabitliyinin, habelə yerli biznesin və bütün əhalinin maraqlarının qorunması vəzifələrini rəhbər tutaraq, tətbiq edilən məhdudiyyətlərə ölçülü və adekvat cavab verməyə davam edəcəyik", - deyə nazir bildirib.

Qadir, Bizimyol.info

P.S. Hazırda ABŞ və Avropa Rusiyaya qarşı 6-cı sanksiyalar paketi üzərində işləyirlər. Yeni paketdə Rusiya neftinin alışına embarqo və bank sektoru yer alacaq. Bu vaxta qədər sanksiyalar üzündən Rusiyada 100 minlərlə iş yeri bağlansa da, ölkə mətbuatına bu barədə danışmaq qadağan edilib.

Son xəbərlər
Bütün xəbərlər »