Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ABŞ-ın gücünü etiraf edir: "Müharibənin bitməsinə imkan vermir"
Rusiya ABŞ-ın gücünü etiraf edir: "Müharibənin bitməsinə imkan vermir"

NATO ölkələri Rusiyanın Ukraynadakı "xüsusi əməliyyat"ının siyasi razılaşmalarla başa çatmasının qarşısını almaq üçün hər şeyi edir.

Bizimyol.info xəbər verir ki, bunu “Sinxua” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi biz Qərb isteblişmentinin klassik ikili standartlarının və ikiüzlülüyünün təzahürünün şahidi oluruq. NATO ölkələri açıq şəkildə Kiyev rejiminə dəstəyini ifadə etməklə "əməliyyat"ın siyasi razılaşmalar əldə etməklə başa çatmasının qarşısını almaq üçün hər şeyi edirlər”,- nazir bildirib.

“Ukraynaya Polşa və digər NATO ölkələri vasitəsilə böyük həcmdə müxtəlif silahlar göndərilir. Bütün bunlar işğalla mübarizə bəhanəsi ilə edilir. Amma əslində ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı olan barışmaz münasibətlərinə görə “son Ukraynaya qədər” mübarizə aparmaq niyyətindədirlər və onlar Ukraynanın müstəqil beynəlxalq subyekt kimi taleyinə tamamilə biganədirlər”,- deyə Lavrov əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, ABŞ və NATO Ukrayna böhranının həllində həqiqətən maraqlıdırlarsa, “ağıllarını başlarına yığmalı, Kiyevə silah və sursat verməyi dayandırmalıdırlar”.

“Bu gün biz yeni Soyuq Müharibədən deyil, özünü “bəşəriyyətin taleyinin arbitrləri” hesab edən Vaşinqtonun və onun peyklərinin israrlı istəklərindən danışırıq. Söhbət dünya nizamına Amerika mərkəzli müharibə modelini tətbiq etməkdən gedir. İş o yerə çatıb ki, Qərb azlığı BMT mərkəzli arxitekturasını və İkinci Dünya Müharibəsi nəticəsində formalaşmış beynəlxalq hüququ öz “qayda-qanunlu nizam”ı ilə əvəz etməyə çalışır. Vaşinqton və onun müttəfiqləri bu qaydaları özləri yazır və sonra beynəlxalq ictimaiyyətə məcburi qaydada tətbiq edirlər”,- deyə Lavrov müsahibəsində bildirib.

Nazir deyib ki, ABŞ və müttəfiqləri dünyanın çoxqütblü olduğunu unudurlar: “Qərb yeni geosiyasi reallıqlarla nə qədər tez barışarsa, bu, özü və bütün beynəlxalq ictimaiyyət üçün bir o qədər yaxşı olar”,- deyə nazir bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »