Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Altıncı sanksiyalar paketi: Neft embarqosu və banklar hədəfdə
Altıncı sanksiyalar paketi: Neft embarqosu və banklar hədəfdə

Aİ ölkələri gələn həftə tədricən neft embarqosunu və Rusiyanın ən böyük bankı "Sberbank"a qarşı sanksiyaları təsdiqləyə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “The New York Times” prosesə yaxın olan diplomatlara və rəsmilərə istinadən xəbər verir.

Qeyd edilir ki, uzunmüddətli danışıqlardan sonra Avropa Komissiyası AB-nin altıncı sanksiyalar paketi ilə bağlı yekun təklifi irəli sürməzdən əvvəl həftə sonu intensiv danışıqlar davam etdiriləcək. Aİ səfirləri çərşənbə günü görüşəcək və həftənin sonuna qədər yekun təsdiq qərarının verəcəyini gözləyirlər.

Neft embarqosu sanksiyalar paketinin ən böyük və ən mühüm addımı olacaq. Buraya, həmçinin Rusiyanın ən böyük bankı olan və indiyə qədər məhdudiyyətlərdən yayınmağı bacaran "Sberbank"a qarşı sanksiyalar, eləcə də Rusiya vətəndaşlarına qarşı əlavə sanksiyalar daxil olacaq.

Embarqonun ilk növbədə Rusiya tanker neftinə, daha sonra isə bir neçə ay çəkə bilən boru kəməri neftinə şamil olunacağı ehtimal edilir. Bununla belə, çox güman ki, hər iki halda blok öz üzvlərinə tətbiq etmək üçün 4 ay vaxt verilmiş, əvvəlcədən təsdiq edilmiş kömür embarqosuna bənzər sxem üzrə Rusiya neft şirkətləri ilə mövcud müqavilələri mərhələli şəkildə ləğv etməyə icazə verəcək.

Qeyd olunur ki, Almaniyanın mövqeyi yeni sanksiyalar paketinin hazırlanmasının başa çatdırılması üçün son dərəcə vacib idi. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı AB-nin ən böyük iqtisadiyyatı neftin təxminən üçdə birini Rusiyadan idxal edirdi. Bununla belə, Almaniya Aİ-nin Rusiyaya neft embarqosu tətbiq etmək qərarına veto etməyəcəyini rəsmən bəyan edib.

İlk dəfə olaraq məhdudiyyətlər Rusiya Federasiyasının enerji sektoruna təsir göstərə bilər. Avropa rəsmiləri “Rusiya neftinin idxalına bəzi məhdudiyyətlər” barədə düşünür.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqlamalarına əsasən, "Sberbank" SWIFT-dən ayrıla bilər. Başqa bir diplomat qeyri-rəsmi olaraq bildirib ki, Rusiyanın bütün bankları, o cümlədən "Qazprombank" da SWIFT bank məlumat mübadiləsi sistemindən ayrıla bilər.

Almaniya Rusiyanın Sberbankına qarşı sanksiyaları dəstəkləməyə hazırdır. İndiyə qədər almanlar məhdudiyyətlərin əsas əleyhdarlarından biri olub.

Yeri gəlmişkən, ABŞ artıq Sberbank-a qarşı bloklayıcı sanksiyaları tam şəkildə tətbiq edib. Böyük Britaniya banka öz maliyyə sistemi vasitəsilə funt sterlinqlə ödənişlər etməyi qadağan edib.

Bankın baş direktoru German Qrefə qarşı da şəxsi sanksiyalar tətbiq edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »