Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrov: “Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”
Sergey Lavrov: “Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”

“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir, Qərb dövlətləri bundan danışmağa başlayır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Məndən nüvə müharibəsinin mümkün olub-olmaması, nüvə müharibəsi risklərinin artıb-artmaması və Rusiyanın bunun baş verə biləcəyini güman edib-etməməsi ilə bağlı sual verdilər. Mən cavab verdim ki, (ABŞ-ın keçmiş prezidenti Donald) Tramp administrasiyası ilə əməkdaşlığımızın lap əvvəlindən biz onlara 1997-ci ildə Reyqan-Qorbaçov tezisini bir daha təsdiq etməyi təklif etmişik ki, nüvə müharibəsində heç bir qalib ola bilməz”, - deyə nazir qeyd edib.

O qeyd edib ki, məhz Rusiya dəfələrlə bütün nüvə ölkələri adından nüvə silahı ilə bağlı öhdəlikləri təsdiqləyən bəyanatların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib:

“Tramp administrasiyası belə bir bəyanatı qəbul etməkdən imtina etsə də, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədəki ilk görüşündən sonra qəbul edilib”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »