Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirib
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirib.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis bu barədə evdə "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında açıqlama verib.

Qurbanov qərarlara təəccübləndiyini söyləyib: "Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur. Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq deyə klublara məlumat gəlmişdi. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər".

Qurbanov bundan sonra fikir bildirməyəcəyini vurğulayıb: "Bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyəm. Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı da dəyişdirilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »