Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Alev Kılıç: "Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır"
Səfir Alev Kılıç: "Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır"

Ermənistan-Türkiyə normallaşma prosesinin nəticəsi Ermənistanın Azərbaycanla sülh münasibətlərindən asılıdır. Türkiyənin məqsədi bölgədə sülhə, sabitliyə və inkişafa nail olmaqdır. Qarabağ zəfəri bu məqsədin gerçəkləşməsinə əhəmiyyətli təsir göstərib.

Bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVM) sədri, səfir Alev Kılıç AZƏRTAC-a açıqlamasında ifadə edib.

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıçın və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın mayın 3-də yenidən Vyanada görüşəcəyini şərh edən səfir Alev Kılıç bildirib ki, bölgə xalqlarının rifahının yeganə yolu qonşu ölkələr arasında sülh prosesinə nail olmaqdır. Altıtərəfli “3+3” platforması ideal əməkdaşlıq formuludur.

Son xəbərlər
Bütün xəbərlər »