Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanın gələcəyi yoxdur, bu ölkə dağılacaq”
“Rusiyanın gələcəyi yoxdur, bu ölkə dağılacaq”

Bakıda doğulmuş şahmat üzrə 13-cü dünya çemponu Harri Kasparov Vladimir Putinin əleyhdarlarından sayılır. Qrossmeyster Rusiyanın dövlət başçısını diktator adlandırmaqdan çəkinmir. Kasparov son yazısında imperiya xəstəliyindən bəhs edib. Onun fikrincə, bu xəstəliyi sağaltmaq elə də asan deyil.

Bizimyol.info xəbər verir ki, şahmat üzrə dünya çempionu Rusiyanı hələ də Dövlət Təhlükəsizlik Komitəsinin idarə etdiyini yazıb. Kasparov 105 ildir burada kriminal rejimin hökm sürdüyünü bildirib.

Harri Kasparov Harri Kasparov

“Mənfi seçim hamımıza təsir edir. Vətəndaş müharibəsi illərində və ya düşərgələrdə ölkənin ən yaxşı adamları məhv edilərkən tapşırıq verənlər və icraçılar ön plana çıxanda nə gözləmək olar? Bu gün biz bu mənfi seçimin nəticələrini bir çox cəhətdən görürük və ən kobud tarixi səhvimiz ondan ibarət idi ki, cinayət keçmişinin üstündən xətt çəkib, buna lazmı qiymət verə bilmədik. İndiyədək Qırmızı Meydanda məzarlıq var. Cinayətkar dövlətin banisinin mumiyası hələ də ölkəmizin mərkəzindədir. Bu hələ də kriminal keçmişin girovu olduğumuzu göstərən simvoldur”.

Harri Kasparov Rusiyanın gələcəyinə inanmır. Dünya çempionu “Rusiyanın gələcəyi yoxdur, bu ölkə dağılacaq” ifadəsini əminliklə dilə gətirir. Kasparovun fikrincə, Rusiyanın gələcəyi yalnız imperiya düşüncəsindən imtina halında mümkün ola bilər.

“Bu virus amansızcasına məhv edilməlidir. Gələcək Rusiya tamamilə fərqli prinsiplərə, çox güman ki, konfederal prinsiplərə uyğun qurulmalıdır. Artıq imperiya binası olmamalıdır. Təbii ki, bütün ərazilər azad edilməlidir, təkcə Ukrayna yox, Dnestryanı və Gürcüstan əraziləri də”.

Harri Kasparov sonda hər şeyin Putindən yaxa qurtarmaqdan asılı olduğunu yazıb. Qrossmeyster düşünür ki, Rusiyanın indiki dövlət başçısı ilə ölkənin gələcəyi ola bilməz. Kasparov Ukrayna müharibəsinin nəticəsinin çox həlledici olduğunu bildirir. Rusiya məğlub olarsa, imperiya da çökər. Dünya çempionu yalnız bu halda gələcəkdə bu adda coğrafi predmetin olacağı ehtimalından danışmağın mümkünlüyünü qeyd edir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Türkiyə Yunanıstanla bağlı etdiyi səhvi İsveçlə bağlı etməyəcək"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »