Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə baş verən yanğında 3 işçi həlak olub - Video
Türkiyədə baş verən yanğında 3 işçi həlak olub - Video

İstanbulun Tuzla bölgəsinin Orhanlı Sənaye Məhəlləsindəki lak fabrikində güclü partlayış baş verib. Partlayış səsi İstanbulun bir çox rayonundan eşidilib. Hadisədən sonra fabrik yararsız vəziyyətə düşüb,

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, fabrikdə 3 işçi həyatını itirib, 9 nəfər yaralanıb.

Sənaye fabrikində hadisə saat 13.00 radələrində baş verib. Partlayışdan sonra fabrik alovlanmağa başlayıb. Partlayış səsi Anadolu və Avropa Yaxasının müxtəlif bölgələrindən də eşidilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və həkim briqadaları göndərilib. Sıx tüstünün səmaya sıçradığı yanğın yanğınsöndürənlərin uzun səylərindən sonra söndürülüb. Soyutma işləri davam edir.

İstanbul Xilasetmə İdarəsinin rəisi Remzi Albayrak Habertürk TV-yə açıqlamasında 3 nəfərin itkin düşdüyünü açıqlayıb.

Partlayışla bağlı Albayrak: "Bu, 3 binadan ibarət boya və lak fabrikidir. Bir binada partlayış olub, daha sonra başlayan yanğın digər iki binaya da keçib", - deyə bildirib.

Anadolu prokurorluğu partlayış və yanğınla bağlı istintaq başladıb.

Son xəbərlər
Bütün xəbərlər »