Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təsadüf olan bir hadisəni insanlar nəyəsə bağlaya bilirlər"
"Təsadüf olan bir hadisəni insanlar nəyəsə bağlaya bilirlər"

Ötən gün Sumqayıt Sənaye Parkında baş vermiş yanğın cəmiyyət tərəfində birmənalı qarşılanmadı. Yanğının müxtəlif səbəblərdən, o cümlədən, təxribat və ya terror ola biləcəyi məsələsi müzakirə edildi. Hətta sosial şəbəkə istifadəçilər iddia edirdi ki, bu yanğın Rusiya tərəfindən, Azərbaycanın Ukraynaya humanitar yardımlar etdiyi üçün törədilib.

Araşdırmaçı-sosioloq Orxan Şahbaz Bizimyol.info xəbər portalına müsahibəsində deyir ki, belə hallar bütün cəmiyyətlərdə özünü göstərə bilir. Ard-arda baş verən hadisələri nəyəsə bağlayırlar. Və bu bağlanılan “nəsə” akademik, maddi, məntiqi tərəfləri deyil, daha çox mental, ideoloji və dini tərkibli hadisələrlə əlaqəli olur.

Orxan Şahbaz Orxan Şahbaz

“Yəni insan baş verənləri hər zaman hər hansı mücərrədə bağlamağa çalışır. Karen Armstronfun “Mifin qısa tarixi” kitabında siual verilir “niyə dağların zivələri əl çatmaz olurdu”? Çünki orada inanırdılar ki, Allahlar zirvələrdə yaşayır. Bu səbəbdən də dağlar əlçatmaz idi. Əlini səmaya açıb yalvarırdı, çünki göy əlçatmazdı. İnsanlar yaradıcını səmada axtarırdı. Və bu gün də belədir. Yəni mücərrəd və mental tərəfdən yanaşmaq daha effektiv nəticə verir” - deyə araşdırmaçı bildirib.

Orxan Şahbaz deyir ki, insanlar baş verən hər hansı bir hadisənin həmin qəlibə uyğun olduğunu iddia edirlər. Bu, sosial-psixologiyada barnum effetki adlanır. Bürclərdə də vəziyyət eynidir.

“Tutaq ki, mən balıq bürcüyəm. Hər hansı bir ailədə doğulmuşam. Həmin bürcün bir tarixi, bir davranış normaları var. Uşaqlıqdan mən bununla tanış olduqdan sonra bu mənə də sirayət edir. Mental şəkildə bir müddətdən sonra mən özümü balıq bürcünün nümayəndəsi kimi apara bilirəm. Yəni, məsələ budur. Amma bürclərin heç biri elmi tərəfləri yoxdu. Sadəcə iddia olunan mücərrəd tərəfləri var. Ona görə də bir müddət əvvəl gecə klubunda baş verən partlayışı dini yönümlə əlaqələndirirlər. Dünənki yanğını başqa bir şey ilə əlaqələndirdilər. Hətta dedilər ki, "Sumqayıtda yanğın oldu, görəsən səbəbi nədir? Biz Ukraynaya yardım göndərdik deyə ruslar burada belə bir hadisə törətdilər". Yəni bağlayırlar. Əslində məsələnin hüquqi və məntiqi tərəfindən baxanda görürsən ki, əslində ola da bilər, belə bir hadisə baş verə bilər. Amma istənilən halda təsadüf olan bir hadisəni belə insanlar nəyəsə bağlaya bilirlər. Bax, o dediyim ideoloji məsələlər, bir də insanların belə mental davranışları bu şəkildə qərar verməyə səbəb ola bilir”,- deyə sosioloq bildirib.

Səbəb hər nə olursa, olsun, insanların fikrini dəyişə bilmərik və əslində heç kimin fikrincə müdaxilə etməyə də niyyətimiz yoxdur. Nə edək ki, insan xisləti reallığı deyil, mücərrədi sevir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »