Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kim Çen In Putinin "yolu" ilə gedir"
"Kim Çen In Putinin "yolu" ilə gedir"

Rusiya diktatoru Vladimir Putin bütün dünyanın gözü qarşısında nüvə qılıncını siyirdiyi halda, onun “şagirdi” diqqətlə qeydlər aparır.

Bizimyol.info xəbər verir ki, “The Washington Post”un verdiyi məlumata görə, Putinin Ukraynaya hücumundan sonra Şimali Koreya lideri Kim Çen Inın hərəkətlərində və bəyanatlarında getdikcə daha çox aqressivliyin artdığı müşahidə olunur.

Şimali Koreyanın məqsədi Cənubi Koreyanı fəth etməkdir. Şimali Koreya diktatoru Putinin Ukrayna ssenarisini ən azı iki yolla davam etmək istəyir: hərbi mövqeləri dəyişdirmək və Qərbi qonşuları ilə potensial münaqişəyə müdaxilə etməkdən çəkindirmək üçün ölkənin nüvə doktrinasına yenidən baxmağa məcbur etmək.

Rusiya qoşunları Ukraynanı işğal etdikdən sonra Şimali Koreya dörd ballistik raket sınağı keçirib. O cümlədən ABŞ-a çata bilən qitələrarası iki ballistik raketin sınağını da keçirib. Aprel ayında onlar taktiki nüvə silahlarını döyüş meydanına çatdıra bildiyi iddia edilən raketi də sınaqdan keçiriblər.

Ritorika Cənubi Koreyaya birbaşa təhdidlər istiqamətində güclənir. Bu ayın əvvəlində Kimin bacısı Pxenyanla Seulun "hərbi qarşıdurmaya girəcəyi" təqdirdə ölkənin nüvə silahından istifadə edəcəyini bildirib. Eyni zamanda, Kim özü də iddia edib ki, Şimali Koreyanın nüvə qüvvələri müharibənin qarşısını almaqla yanaşı, həm də bir çoxlarının hücum hədəfləri kimi şərh etdiyi “ikinci dərəcəli missiya”ya malikdir.

Rusiyanın Ukraynaya təcavüzündən alınan dərs odur ki, aqressiv diktatorları cilovlamağın bir yolu aydın təhlükəsizlik zəmanətlərindən keçir. Yəni ABŞ Yaponiya və Cənubi Koreyaya hərbi dəstəyini artırmalıdır.

Demokratik qonşularını təhdid edən bütün diktatorları cilovlamağın ən təsirli yolu Putinin Ukraynada uğursuzluğa düçar olmasına nail olmaqdır. Bütün demokratik dövlətlər bu istiqamətdə fəal olmalıdır ki, başqaları Rusiya liderinin yolu ilə getməyə cəhd etməsin.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »