Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə azərbaycanlı tələbələr arasında qanlı dava – VİDEO
Türkiyənin Uşak vilayətində iki azərbaycanlı tələbə arasında qanlı insident baş verib.

Virtualaz.org-un xəbərinə görə, Uşak Universitetinin tarix fakültəsində oxuyan Azərbaycan vətəndaşı Royal Cumayev tanışı, Azərbaycan vətəndaşı olan digər tələbə tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Uşak Universiteti tibb fakültəsinin xəstəxanasına yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində onun ürəyinin tam dayanmasının qarşısını almaq mümkün olub, daha sonra tələbə əməliyyat edilib.

Xəstəxananın ürək-damar cərrahı Murat Yanar bildirib ki, yaralı xəstəxanaya həyat əlamətləri çox zəif halda daxil olub. Zəruri ilkin yardım tədbirlərinin ardınca o, əməliyyat masasına qaldırılıb.

“Xəstənin ölümdən xilas olunması təcili yardım xidməti əməkdaşlarının çevik müdaxiləsi və məni vəziyyət barədə məlumatlandırması sayəsində baş verdi. Xəstənin sol ağ ciyər boşluğundan 3 litrə yaxın qan boşaltdıq. Ürəyin ön divarında bıçaq yarası vardı və həmin sahəni cərrahi işlədik. İki gün reanimasiyada qaldıqdan sonra yaralının vəziyyəti sabitləşdi, ümumi palataya köçürüldü”- həkim deyib.

Cumayev qeyd edib ki, əvvəldən tanıdığı tanışı ona zəng vurub, harada olduğunu soruşub.

“Yerimi söylədim, görüşdük, çatan kimi qaçaraq üstümə atıldı, həmin an bıçaqlandığımı hiss etmədim. Yanımdakı dostlara “hər şey yaxşı olacaq” dedim, sonra nə baş verdiyini xatırlamıram. Gözümü xəstəxanada açdım. Öyrəndim ki, məni həkimlər, tibb personalı həyata qaytarıb, onlara nə qədər təşəkkür etsəm azdır”.

Cumayevi bıçaqlayan tələbə Orxan S. hadisədən sonra polislər tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Uşak'ta Azerbaycan Uyruklu Üniversiteli Genç... by haberler

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »