Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib

DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xaçmaz və Şabran rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »