Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevdə “Azadlıq” radiosunun jurnalisti həlak olub
Kiyevdə “Azadlıq” radiosunun jurnalisti həlak olub

“Azadlıq” radiosunun prodüseri Vera Qiriç dünən  Rusiya işğalçılarının Kiyevi atəşə tutması nəticəsində həlak olub. Raket onun yaşadığı evə düşüb, qadının cəsədi bu gün tapılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mərhumun həmkarları məlumat verib.

Redaktorlar bildiriblər ki, Vera Giriç 2018-ci il fevralın 1-dən “Azadlıq” radiosunun Kiyev bürosunda işləməyə başlayıb. Bundan əvvəl o, Ukraynanın aparıcı telekanallarında işləyib.

Jurnalistin həmkarı Aleksandr Demçenko mərhumun mərmiyə məruz qalmış evinin yanında dayanmış qəzalı avtomobilinin fotosunu dərc edib.

"Bu, "Azadlıq" radiosunda çalışan həmkarım Vera Giriçin kiçik maşınıdır. Bir neçə il əvvəl o, bizi onunla, işğal olunmuş ərazilərdə məlumatı əldə etmək üçün Nemeşayevoya aparmışdı. İndi Vera artıq yoxdur. Rus raketi onun evinə dəyib, Vera bütün gecəni orada qalıb. Onu yalnız səhər tapıblar. Mən çox qəzəbliyəm amma ağlamaq istəmirəm, çünki bu, hər gün təkrarlanan hadisələrdir. Biz bunu sadəcə, yaşamağa öyrəşmişik. Artıq belə gözəl bir insanın olmadığını necəsə başa düşməkdəyəm",- deyə o qeyd edib.

Aprelin 28-də Daxili İşlər Nazirliyi Kiyevdə yeni güclü partlayışlar barədə məlumat yayıb. Hadisədən sonra məlum olub ki, işğalçılar Şevçenko rayonunda yaşayış binasını raketlərlə vurublar.

BMT baş katibi Antonio Quterreşin səfəri zamanı Rusiya Kiyevi qanadlı raketlərlə vurub. Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç işğalçıların növbəti hücumunu şərh edərək, “eskalasiyanın ən pis ssenarisi baş verdi”  deyə qeyd edib. BMT baş katibinin və Bolqarıstanın baş nazirinin səfərdə olduğu paytaxt Kiyevə Rusiya Federasiyasının raket zərbələri Aİ-ni də şoka salıb.

Son məlumata görə, atəş nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qadir, Bizimyol.infro

Son xəbərlər
Bütün xəbərlər »