Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dağıstanlılar, çeçenlər qaçır, deyirlər ki, bizim müharibə deyil” – Rusiya hərbçisi
“Dağıstanlılar, çeçenlər qaçır, deyirlər ki, bizim müharibə deyil” – Rusiya hərbçisi

Çeçenistan rəhbəri Ramzan Kadırovun döyüşçüləri Ukraynada böyük vəhşilik nümunələri ortaya qoyub. Kiyev ətrafında qadınların zorlanmasında, dinc əhalinin amansızlıqla öldürülməsində həmin şəxslərin böyük rolu olub.

Amma Ukrayna xüsusi xidmət orqanlarının ortaya qoyduğu səs yazılarında başqa bir maraqlı məqam diqqət çəkir. Kadırovun dəstəsinə aidiyyəti olmayan çeçenlər döyüşmək istəmir. Onlara dağıstanlılar da qoşulub.

Bizimyol.info xəbər verir ki, səs yazılarından birində Rusiya hərbçisi telefonda dostuna necə böyük itkilər vermələrindən danışıb. Onun sözlərinə görə, ordu rəhbərliyi necə davranacağını bilmir. Əsgərin yer aldığı bölüyün üzvlərinin böyük əksəri həyatını itirib.

“Bizdən də qırılır, onlardan da. Düzünə qalsa, Rusiya ordusu sıradan çıxıb. Təsəvvür elə, bizim əsgərlərin cəsədlərini gətirib birbaşa anqara tullayırlar. Heç baxmırlar ki, kim kimdir. Fərqinə də varmırlar. Üst-üstə beş-altı cərgə. Özbaşınalıqdır tamam. Başa düşmək olmur ki, nə üçün vuruşuruq. Hey deyirlər ki, irəli. Gah belə, gah da qışqırırlar, müdafiəyə çəkilin. Bölükdə 67 nəfər idik, 10 əsgər var indi. Birtəhər sağ qalmışam. Heç kim heç nəyi dəyişmək istəmir. Əsgərlərin yarısı qaçıb: dağıstanlılar, çeçenlər... Deyirlər ki, bizim müharibə deyil. Burada əsasən qazaxlar, kalmıklar və ruslardır”.

Rusiyalı hərbçinin dediyinə görə, komandanlıq başını itirib. Ordu rəhbərliyi həm də şimal xalqlarının nümayəndələrindən belə davranış gözləmirmiş.

“Deyirlər, inanmırdıq ki, onlar özünü bu cür aparar. İmtina ərizəsi yazıb müharibədən çəkilirlər. Dərhal qayıdırlar Rusiyaya”.

Rusiya ordusu Ukraynaya fevralın 24-də hücum edib. Bir çox şəhərlər dağıdılıb. Amma Kreml qoşunları böyük itkilər verib. Təkcə 23 minə qədər hərbçi həyatını itirib. Təxminən 1000 tank sıradan çıxıb. Rusiya ordusunun 431 artilleriya sistemi, 187 təyyarəsi, 155 vertolyotu, 8 gəmisi məhv edilib. Danışıqlar prosesi heç bir nəticə vermir. Müharibənin tezliklə başa çatacağı gözlənilmir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »