Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu faktın özü inhisarçılığın nə qədər təhlükəli olduğunu sübut edir"
"Bu faktın özü inhisarçılığın nə qədər təhlükəli olduğunu sübut edir"

Dünən Azəbaycan ərzaq məhsulları bazarında aparıcı rol oynayan “Azərsun”-a məxsus Sumqayıt Sənaye parkında yanğının baş verməsi bir daha sübut edir ki, ölkədə ərzaq təminatı bir və ya iki şirkətə deyil, çox sayda şirkətə həvalə edilməlidir. Yəni fors-major hallarda ölkə əhalisinin ərzaq təminatı çatışmazlığı yaşamaması üçün bu çox mühim amil hesab edilir.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirir ki, Azərbaycan bazarında ərzaq məhsulları ilə aparıcı şirkət sayılan “Azərsun”un anbarlarında və ərazisində yanğının baş verməsi təbii ki, arzuolunan hal sayılmır. Bu, ərzaq təminatı sahəsində müəyyən problemlərə yol açacağı təhlükəsi yaradır.

Pərviz Heydərov Pərviz Heydərov

“Bu faktın özü də bir daha sübut edir ki, ərzaq məhsullarının istehsalı, tədarükü və təminatı məsələrində şaxələnmiş bir vəziyyətin olmaması, yəni çoxlu sayda şirkətlərin mövcud olmaması faktı yalnız bir və yaxud maksimum iki şirkətin bu sahədə aparıcı qüvvə rolunda iştirak etməsi nə qədər təhlükəli amildir” - deyən eskpert hesab edir ki, həm baş vermiş yanğın hadisəsi, həm dünya iqtisadiyyatında hökm sürən ərzaq böhranı, bahalaşma, inflaysiya problemləri fonunda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması məsələsində hökümətin qarşısında duran ən ümdə problemlərdən biri də ərzaq məhsulları - istər yerli istehsal, istərsə də, idxal və digər istiqamətlərdə tədarük və təminat məsələsrində şaxələndirilmiş bir diversifikasiya olunmuş vəziyyətə nail olmaq lazımdır.

“Biz çalışmalıyıq ki, həm idxalda həm də yerli istehsalda bir yox, bir neçə sahibkarın, şirkətin iştirak etməsinə nail olaq. Yəni bu o demədir ki, inhisarçılıq aradan qaldırılmalı, ölkədə həm idxalda həm yerli istehsalda rəqabət şəraitinin təmin olunmalıdır”.

İqtisadçı hesab edir ki, ölkə əhalisinin ərzaqla təminatı məsələsində yalnız bir neçə şirkətin aparıcı rol oynaması iqtisadi baxımdan və ərzaq təhlükəsiziliyi sarıdan riskli təhlükəli bir amildir. Ərzaq təhlükəsizliyinin təminatı məsələsində həm idxalda, həm istehsalda çoxlu sayda mənbələrin olması əsas şərtlərdən biri sayılır. Eyni zamanda ərzaq istehsalı, tədarükü, idxalı və təminatı məsələsində rəqabət amilinin mühim şərtlərdən biri hesab edilir.

“Yəni daxili bazarda ərzaqla təminat məsələsində inhisarcı mövqenin olması ən təhlükəli tendensiyalardan biridir. Halhazırda dünyada ərzaq istehsalı, tədarükü və təminatı sarıdan çox ciddi problemlər yaşanır. Pandemiya, Rusiya-Ukrayna müharibəsi və eyni zamanda enerji daşyıcılarının, yanacaq məhsullarının yüksək olması həm istehsal nöqteyi nəzərindən, həm daşınma xərcləri baxımdan ciddi problemlər yaradır. Demək olar ki, dünyanın bütün ölkələrində ərzaqla təminat məsələsində bir gərginlik yaşanmaqdadır. Hətta ilin ikinci yarısında ərzqla təminat və tədarük sahəsində qıtlıq çatışmazlıqlar müşahidə ediləcəyi də proqnozlaşdırılır” - deyən Heydərov vurğulayıb ki, belə şəraitdə Azərbaycan kimi ölkələrin öz ərzaq təhlükəsizliyini təmin etməsi bir nömrəli vəzifəyə çevrilir. Əgər mövcud böhranlı şərait getdikcə dərinləşərsə, genişlənərsə, bundan maksimum dərəcədə itkisiz çıxmağın mümkün olması üçün bu sahədə hökumət qabaqlayıcı tədbirlər görməlidir. Azərbaycan hökumətinin prioriteti ölkədə ən zəruri ərzaq mhsullarının ehtiyatını təmin etmək və gözlənilən ərzaq çatışmazlığı ortaya çıxarsa, bundan maksuimum dərəcədə sığortalanmış şəkildə çıxmaqdır.

“Neçə illərdir ki, ölkədə qeyri-neft qaz sektoru üzrə məhsulların ixracının genişləndirilməsi hökumətin ölkə iqtisadiyyatının inkişafı müstəvisində prioritetinə çevilib. Ölkədə qeyri neft və qaz sektorunun inkişafı üçün bu sahədə ixracın durmadan genişləndirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.

Bu sahədə diqqət edilməli məsələlərdən biri odur ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas ixrac olunan yeri şimal qonşumuz Rusiya bazarı sayılır. Bu, özü də mənfi amildir. Rusiyada yaranmış mövcud vəziyyət hamıya bəllidir. Yəni biz ixrac üzrə də bazarlarımızın genişlənməsinə çoxlu sayda bazarlara ixrac etmək şanslarımızın, imkanlarımızın yaranmasına nail olmalıyıq. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ortaya çıxan fors-major hallar yarandığı təqdirdə, bizim ixracatda problemlərin ortaya çıxmaması və ölkə iqtisadiyyatında istehsalın ciddi maneələrlə üzləşmməsi üçün bu vacibdir”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »