Ukraynada müharibə yəqin ki, diplomatik yolla bitməyəcək, tam qələbə çalana qədər davam edəcək.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland müharibənin nəticəsinin harada, döyüş meydanında, yoxsa danışıqlar masasında həll olunacağı sualına cavab verərkən deyib.
“Aydındır ki, əgər Vladimir Putin səmimi şəkildə danışıqlar masasına oturmaq istəsəydi, istədiyi an, hətta bu gecə belə, atəşkəs elan edə bilərdi və biz də masa arxasında danışıqlar apara bilərdik. Bu, düzgün, layiqli və mənəvi addım olardı. Və ya hər şeydən tamamilə imtina edə bilər. Deməli, onun əlindədir. Biz istərdik ki, müharıbə diplomatik yolla bitsin. Ancaq Putin səmimi olmaq istəmirsə və əvvəlki kimi Ukraynanın təslim olmasına israr etməkdə davam edərsə, o zaman ukraynalılar bu mübarizəni davam etdirəcəklər. Biz isə bu mübarizədə qalib gələnə qədər Ukraynaya kömək etməyə davam edəcəyik”,- deyə dövlət katibinin müavini bildirib.

Müharibənin vaxtına gəlincə, Nuland qeyd edib ki, ABŞ Ukraynanın qələbəsinə inanır. Qələbənin ən qısa zamanda baş verəcəyinə və buna görə də Kiyevə lazım olan hər şeyi verə biləcəyinə ümid edir.
“Ukraynanın necə inanılmaz cəsarətlə döyüşdüyünü və öz ərazisində itkilər verdiyini görürük. Lakin Rusiya tərəfdən ölən və yaralananların sayının daha böyük olduğuna şahidlik edirik. Onların məhv edilmiş texnikasını görürük. Putinin əvəz edə bilməyəcəyi çoxlu sayda tankları, müasir sistemləri, aviasiyanı, silahları necə itirdiklərini görürük. Çünki Rusiya gənclərinin əksəriyyəti bu işdə Putinə kömək etmək və bu dəhşətli, şər, qəddar, amansız, əxlaqsız müharibədə müharibədə iştirak etmək istəmirlər",- deyə o bildirib.
Bu gün səhər saatlarında Britaniya kəşfiyyatı bildirib ki, Ukraynanın güclü müqaviməti sayəsində Rusiya Donbassda yalnız məhdud həcmdə ərazi işğal edə bilib və bunu əhəmiyyətli itkilər bahasına əldə edib.
Qadir, Bizimyol.info