Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılandan daha uzun müddət davam edən görüşü yenicə başa çatdığı zaman yaxınlıqdakı yaşayış məntəqəsinə Rusiya qanadlı raketləri atılıb.
Bizimyol.info xəbər verir ki, "aljazira"nın verdiyi məlumatda, "hücumun yaxınlığı Quterreşi heyrətə salıb",- deyə bildirilir.
"Mən iki raketin Kiyevi hədəf alaraq atılması barədə məlumat alanda açıq-aydın şoka düşdüm. Kiyev çox böyük tarixi dəyəri olan şəhərdir. Mən deyərdim ki, bu şəhər həm ukraynalılar, həm də ruslar üçün çox şey ifadə edir. Bu şəhəri dağıtmaq hər iki xalqın tarixinə, mədəniyyətinə xəyanətdir və ümid edirəm ki, bu bütün cəhətlərinə görə yaxın olan xalqlar Kiyevi xilas etmək barədə düşünəcəklər”,- deyən Quterreş qeyd edib.
"Kiyevə hücum beynəlxalq ictimaiyyətin iki tərəf arasında nizamlamaya vasitəçilik etməsinin nə qədər çətin olacağını göstərir. Bizim üçün hazırda prioritet döyüş bölgələrində qalmış ukraynalılara humanitar yardım göstərməkdir. Mənim yeganə məqsədim insanları xilas etməkdir”, - deyə o bildirib.
Günün əvvəlində Quterreş Kiyevin kənarındakı Rusiya qüvvələrinin hücumlarını yenidən Donbas bölgəsinə yönəltmək üçün geri çəkilməzdən əvvəl müharibə cinayətləri törətdiyi iddia edilən bir neçə şəhərə səfəri zamanı müharibəni “21-ci əsrdə absurdu” adlandırıb.
“Mən o dağılmış binaları görəndə ailəmi indi dağılmış və yanaraq qaralmış evlərdən birində təsəvvür etdim. Mən nəvələrimin çaxnaşma içində qaçdığını gördüm”,- deyə o, Ukrayna paytaxtının şimal-qərbində, Borodyankada yaşayış bloklarının dağıntılarının yanından jurnalistlərə bildirib.
Zərbələr zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Bu, demək olar ki, iki həftə ərzində Kiyevə ilk zərbədir. Zelenski bunları Rusiyanın “BMT-ni və təşkilatın təmsil etdiyi hər şeyi alçaltmaq cəhdi” kimi qiymətləndirib. Rusiya tərəfindən hadisəyə şərh verilməyib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də qonşu ölkəni “demilitarizasiya və de-nazifikasiya” üçün “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya qoşun yeritmək əmri verəndən sonra bu, Quterreşin Kiyevə ilk səfəri idi. Müharibə minlərlə, hətta daha çox insanın ölümünə səbəb olub və beş milyondan çox, əsasən də qadın və uşaqları xaricə qaçmağa məcbur qalıb.
Quterreşin Zelenski ilə danışıqları Moskvada Putinlə görüşdükdən iki gün sonra baş tutub və burada o, “humanitar dəhlizlərə” ehtiyac olduğunu vurğulayıb. Xüsusən də cənub-şərqdəki liman şəhəri Mariupolu müdafiə edən son döyüşçülərlə mühasirəyə alınmış polad zavodunda gizlənən, həftələrlə intensiv rus bombardmanı altında yaşyan mülki insanlar üçün xilas etmə şəraitinin yaradılmasının vacibliyini bildirib.
Qadir, Bizimyol.info