ABŞ Konqresi Ukrayna üçün üçüncü lend-lizi təsdiqləyib. Belə ki, konqresin nümayəndələr Palatası İkinci Dünya Müharibəsi proqramını bərpa etmək üçün yeni qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsi Ukraynaya silah, sursat və texnikanın daha səmərəli şəkildə göndərilməsini təmin edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının “Twitter” səhifəsində bildirilir. Qanun layihəsini 10-u əleyhinə olmaqla 417 qanunverici təsdiqləyib. Qeyd edək ki, bu qanun layihəsinin əleyhinə yalnız Respublikaçılar Partiyasının nümayəndələri səs veriblər. Onlar, Arizonadan Endi Biqs və Pol Qosar, Pensilvaniyadan Skott Perri, Şimali Karolinadan Dan Bişop, Floridadan Mett Qotz, Corciyadan Marjorie Taylor Green, Curf Cənubi Karolinadan Tomas Massey, Ohayodan Uorren Davidson və Viskonsinli Tom Tiffanydir.
2022-ci ildə Ukraynanın Demokratiyasının Müdafiəsi üzrə “Lend -lize” qanunu mühüm hərbi texnikanın və digər mühim ləvazimatların Ukraynaya təhvil verilməsini sürətləndirəcək. Qanun avadanlığın de-fakto bağışlanmasına imkan verir. Qanunun müddəaları alıcı ölkələrin öz xərclərini ABŞ-a daha sonra ödəməsini şərtləndirir.
Xatırladaq ki, aprelin 6-da ABŞ Senatı prezident Co Baydenə Rusiyanın işğalı fonunda Ukraynaya daha effektiv şəkildə silah və digər təchizat göndərməyə imkan verən İkinci Dünya Müharibəsi proqramını əks etdirən qanun layihəsini yekdilliklə qəbul edib. Ukrayna ordusu Rusiya qüvvələrinin qarşısını ala bildiyini sübut etdiyi üçün senatorlar kredit-icarəyə verilmə kimi tanınan təklifi tezliklə qəbul ediblər.
Bu addımı tarixi adlandırmaq olar. Çünki 2-ci Dünya Müharibəsindən bu yana müxtəlif situasiyalarda bu məsələ gündəmə gəlsə də, ABŞ ilk dəfədir ki, bu qanunu qəbul edir. Bu, onu göstərir ki, Vaşinqton Rusiyanın nüvə hədələri qarşısında geri çəkilmək fikrində deyil və sona qədər Ukraynaya kömək edəcək. Bu gün Dövlət Departamentinin təmsilçisi də bildirmişdi ki, ABŞ Ukrayna qələbə çalana qədər yardımlarını davam etdirəcək.
Tərcümə: İlahin, Bizimyol.info