Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın dağılması qaçılmazdır - Muxtar respublikalar da müstəqil olmaq istəyir"
"Rusiyanın dağılması qaçılmazdır - Muxtar respublikalar da müstəqil olmaq istəyir"

Rusiyanın dağılması hər an - sabah, altı ay və ya bir ildən sonra baş verə bilər, lakin bu, qaçılmazdır.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalist Dmitri Qordon bildirib.

“Mən həmişə demişəm və təsdiq edirəm - Rusiyanın dağılmasına inanıram, hesab edirəm ki, bu, uğursuz və təməli olmayan qurama bir ölkədir. Yalan, zorakılıq, hiylə, təcavüz, kobudluq üzərində qurulmuş dövlət dir. Çox fərqli cəhətləri olan ölkədir. Ölkədə bir neçə saat qurşağı var, Moskva yuxuya gedəndə, Vladivostok və Xabarovsk oyananda bu, normal əlamət deyil”,- deyə o bildirib.

Qordonun sözlərinə görə, bunadan əlavə ölkədə idarəetmə rejimindən narazı olan çoxlu qüvvələr var. Həmçinin ölkənin ərazisində müxtəlif xalqların muxtar respublikaları var və onlar təbii olaraq öz müstəqilliklərini istəyirlər. Bütün bunlar Rusiyanın dağılmasına təsir edən amillərdir.

Dmitri Qordon

"Gözləyək və görək. Amma bir şeyi deyəcəyəm - bu müharibədə Ukraynanın qələbəsi apriori Rusiyanın sonu və süqutu demək olacaq. Bunların hamısı bir-biri ilə çox əlaqəli və asılı olan vasitələrdir”,- deyə o, qeyd edib.

"Mən hesab edirəm ki, Rusiyada bizi başa düşən çoxlu insanlar var. Onlar Rusiyanın Ukrayna xalqına yaşatdığı həm maddı, həm mənəvi dəhşətləri anlayırlar.  İnanıram ki, bir gün o insanlar ayağa qalxacaqlar və "biz Ukraynanın dəstəkləyirik, biz Putinə etiraz edirik" deyə biləcəklər", - deyə o qeyd edib.

Bundan əvvəl rusiyalı publisist Andrey Piontkovski Ukraynadakı müharibədən sonra Rusiya Federasiyasının Çinə “geri qaytarılacağını” proqnozlaşdırmışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »