Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqtonun Kiyevə 250 milyon dollar hərbi yardım limiti qalıb
Vaşinqtonun Kiyevə 250 milyon dollar hərbi yardım limiti  qalıb

ABŞ administrasiyası Ukraynaya hərbi yardım üçün yalnız 250 milyon dollar xərcləyə bilər ki, bu da Konqresin bu ilin martında bu məqsəd üçün ayırdığı 3,5 milyard dollardan qalan vəsaitdir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bildiyiniz kimi, bizim təhlükəsizliklə bağlı 3,5 milyard dollar yardım qərarımız var idi. Bunlardan təxminən 250 milyon dollar qalıb. Əlbəttə ki, biz ukraynalılara kömək etmək üçün Konqresdə yeni maliyyə dəstəyinin mənbələrininin tapılması ilə bağlı işləri sürətləndirəcək və lazımı köməyi göstərməyə çalışacağıq. Onların lazımi silahlarla və digər zəruri mallarla təmin etməyə davam edəcəyik. Tezliklə Uktayna üçün maliyyə qaynaqları tapılacaq", - deyə bildirilən brifinqin stenoqramını Ağ Evin mətbuat xidməti yayıb.

Cümə axşamı günü prezident Co Biden ABŞ Konqresinə Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım etmək üçün əlavə 33 milyard dollar tələb edib. Ağ Evin izah etdiyi kimi, bu məqsədlər üçün Konqres tərəfindən mart ayında təsdiqlənmiş vəsaitlərin demək olar ki, hamısı xərclənib. Bununla bağlı qanunvericilərə yeni sorğu göndərilir.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov daha əvvəl xəbərdarlıq etmişdi ki, Ukraynanın Qərb tərəfindən hərbiləşdirilməsi birbaşa Avropa və qlobal təhlükəsizliyi təhdid edir. Diplomatın qeyd etdiyi kimi, Moskva Kiyev rejiminin sponsorlarını qan tökülməsinə təşviq etməyi dayandırmağa və onların fəaliyyətinin nəticələri barədə ciddi düşünməyə çağırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »