Bolqarıstan Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevdə görüşüb.
APA xəbər verir ki, Baş nazir Petkov bu barədə "Twitter"də bildirib.
"Ukrayna bu müharibədə qalib gələcək. Prezident Zelenski, Ukrayna və azad dünya üçün göstərdiyiniz liderliyə görə təşəkkür edirəm. Bolqar dənizçilərinə və gəmilərinə vətənə qayıtmaqda kömək etmək istəyinizə görə də minnətdaram", - Bolqarıstan Baş naziri qeyd edib.