Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Konqresdən Ukrayna və Avropaya kömək üçün 33 milyard dollar istəyir
Bayden Konqresdən Ukrayna və Avropaya kömək üçün 33 milyard dollar istəyir

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün 33 milyard dollar ayırmağı xahiş edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasından bildirilib.

Eyni zamanda, Ukraynaya və bir sıra Avropa ölkələrinə silah tədarükü üçün 20,4 milyard dollar ayrılması nəzərdə tutulur. Söhbət artilleriya, zirehli texnika, tank və zenit silahlarından, kiberhücumlardan müdafiə vasitələrinin gücləndirilməsindən, ərazilərin təmizlənməsinə yardımdan gedir.

Vəsait bu ilin sentyabr ayına qədər olan dövr üçün nəzərdə tutulub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »