Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA Rusiyaya qarşı xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir
AŞPA Rusiyaya qarşı xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiyanın Ukraynaya qarşı hücumlarının günahkarlarını məsuliyyətə cəlb etmək üçün xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir.

APA-nın xəbərinə görə, AŞPA bütün üzv dövlətlərə çağırış edib.

Bildirilib ki, tribunal Rusiya Federasiyasının siyasi və hərbi rəhbərliyinin hərəkətlərini araşdırmaq və mühakimə etmək mandatı almalıdır.

Həmçinin qeyd edilib ki, tribunal Strasburqda yerləşərək, Avropa İnsan Hüquqları Məhkəməsi ilə eyni istiqamətdə işləməli, beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmalı və dövlət toxunulmazlığı və ya dövlət və hökumət başçılarının və digər dövlət rəsmilərinin toxunulmazlığı ilə məhdudlaşdırılmamalıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »