Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq təşkilatın üzvlərinə erməni vandalizmi barədə məlumat verilib
Beynəlxalq təşkilatın üzvlərinə erməni vandalizmi barədə məlumat verilib

MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işi üzrə Komitənin Koordinasiya Şurasının üzvləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.

Bizimyol.info xəbər verir ki, nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına və Şəhidlər xiyabanına baxış keçiriblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də işğaldan azad edildikdən sonra şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat veriblər.

Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, səfərin təşkil edilməsində məqsəd MDB məkanında yaşayan keçmiş döyüşçülərə erməni vəhşiliyini göstərməkdir. “Burada təkcə dağıdılmış yerlər göstərilmir. Burada nə qədər mülki insanlar həlak olub. Məscidlərimiz təhqir olunub, heyvan saxlanılıb. Ağdam şəhərində həm dağılmış yerlər, həm də aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra Şuşa şəhərinə səfər edəcəyik. Şuşada sülhə çağırışla bağlı birgə bəyanat qəbul olunacaq”.

Beynəlmiləlçi Döyüşçülərin işi üzrə Komitənin sədr müşaviri Yuri Georgiyev Ağdamda gördüklərini belə ifadə edib: “Anlamıram ki, ermənilər bu yerləri nə üçün dağıdıblar. Burada bir daş belə daşüstə qoyulmayıb. Azərbaycanlıları öz torpaqlarından qovmuşdular, hər yer viran olunub. XXI əsrdə belə mənzərə ilə qarşılaşmağı ağlıma gətirməzdim. Bu torpaqlar artıq azad edilib, tezliklə hər şey bərpa olunacaq. Mənim azərbaycanlı və erməni olan çoxlu dostum var. Ancaq deyə bilərəm ki, bu gördüyüm haqsızlıqlar düzgün əməl, düzgün yanaşma deyil”.

MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işi üzrə Komitənin Koordinasiya Şurasının üzvləri Ağdamdan Şuşaya yola düşüblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »