Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atəş altında qalan Mariupolda ölümcül xəstəliklər yayılır
Atəş altında qalan Mariupolda ölümcül xəstəliklər yayılır

Mariupolda insanlar təkcə mərmilərə görə deyil, həm də şəhərdəki antisanitar şəraitə, vəba və dizenteriyaya yoluxma təhlükəsi səbəbindən ölüm təhlükəsi ilə üzləşirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

"Havaların isinməsi ilə vəba, dizenteriya və bağırsaq iltihabı xəstəlikləri yayılmağa başlayıb. Təxminən 100 min Mariupol sakini təkcə mərmilərə görə deyil, həm də dözülməz yaşayış şəraiti və antisanitar şəraitə görə ölüm təhlükəsi ilə üz-üzə qalıb", - şəhər rəhbərliyinin məlumatında deyilir.

Qeyd olunur ki, hətta indi lələ havanın temperaturunun 20 dərəcəyə yaxın olduğu bir vaxta vəziyyət çətinləşib. İstilər artdıqca mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya qurğularının olmaması, minlərlə cəsədin dağıntılar altında qalması, fəlakətli vəziyyətə düşməsi səbəbindən şəhərdə tezliklə güclü və ölümcül epidemiyalar başlaya bilər. Şəhərdə içməli su, dərman və qida çatışmazlığı olduğu bildirilir.

“İşğalçılar mövcud əhalini qida, su və dərmanla təmin edə bilmirlər. Və ya sadəcə onlarla maraqlanmırlar. Əksinə, onlar bütün evakuasiya cəhdlərinin qarşısını alırlar. Orada olan insanlar insanlar öləcək. Çünki indi xaraba qalmış Mariupolda yaşayış şəraiti orta əsrlər səviyyəsindədir. Çətin vəziyyətə düşmüş əhalini dərhal və tam təxliyə edilməsi lazımdır”, - Mariupol meri Vadim Boyçenko bildirib.

Qeyd edək ki, əvvəl də orada ölən rus əsgərlərinə görə, şəhərdə ekoloji fəlakətin yaşanacağı bildirilirdi. Cəsədlər meyit zəhəri buraxır və Rusiya ölən vətəndaşlarının qalıqlarını dəfn üçün götürməyə cəhd etmir.

Eyni zamanda ABŞ səfirliyi bildirir ki, zədələnmiş obyektlərdən və kritik infrastrukturdan ayrılan kimyəvi maddələr torpağa sızaraq torpağı və bitkiləri zəhərləyə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »