Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın silahlandırılması Kremli qorxuya salıb
Ukraynanın silahlandırılması Kremli qorxuya salıb

"Ukrayna və ya digər ölkələri Qərb silahları ilə doldurmaq qitənin təhlükəsizliyini təhdid edir".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukraynaya və digər ölkələrə silahların, o cümlədən ağır silahların yerləşdirilməsi tendensiyası özlüyündə qitənin təhlükəsizliyini təhdid edən və qeyri-sabitliyə səbəb olan hərəkətlərdir”,- deyə Peskov Böyük Britaniyanın xarici işlər naziri Liz Trussın Ukraynadan başqa ölkələrə silah tədarükü ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

Eyni zamanda, Peskov Trussun bəyanatlarının qiymətləndirilməsi məsqsədi ilə Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyini deyib.

Dmitri Peskov Dmitri Peskov

"Xanım xarici işlər nazirinin bəyanatlarını dəyərləndirməyə gəlincə, mən yəqin ki, həmkarım Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu barədə şərh vermək məmnunluğuna mane olmaq istəməzdim",- Kreml sözçüsü əlavə edib.

Daha əvvəl Truss Ukraynaya silah tədarükünün davam etdirilməsinə çağırıb və həmçinin qeyd edib ki, Moldova və Gürcüstanın “təhlükəsizlik gücünə, bacarığına, öz suverenliyini və azadlığını qorumaq qabiliyyətinə malik olmasını” təmin etmək lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »