Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya qoşunları Krımdan da çıxarılmalıdır" - Britaniya hökuməti
"Rusiya qoşunları Krımdan da çıxarılmalıdır" - Britaniya hökuməti

Britaniyanın xarici işlər naziri Liz Truss hesab edir ki, Rusiya qoşunları işğal etdikləri Ukraynanın bütün ərazilərindən, o cümlədən Krımdan çıxarılmalıdır. Ukraynanın qələbəsi bütün Qərb üçün strateji imperativdir.

Bizimyol. İnfo BBC-yə istinadla xəbər verir ki, bu barədə nazir London şəhərinin merinin iqamətgahında çıxışı zamanı deyib. Onun fikrincə, Qərb bu cür təcavüzün təkrarlanması ehtimalının qarşısını almaq üçün əlindən gələni etməlidir. Bu zaman isə, qarşıda duran əsas vəzifələr var. Bura müdafiə xərclərini artırmaq, Rusiyanı Qərb bazarlarından sıxışdırıb çıxarmaq üçün bütün mövcud iqtisadi yollardan istifadə etmək, təkcə Ukraynanın deyil, Moldova və Gürcüstan kimi Rusiyanın hərbi təcavüzü ilə təhdid oluna biləcək digər ölkələrin də müdafiə qabiliyyətinin artırılmasına kömək etmək daxildir.

Britaniya xarici işlər naziri Liz Truss Liz Truss

Məlumata görə, Trussun çıxışı zamanı Britaniyanın bu müharibədəki məqsədlərini açıq şəkildə ifadə edib. Ancaq əvvəllər Londonun mövqeyi qeyri-müəyyən idi. Ortada belə bir fikir vardı: “Putinin işğalı uğursuz olmalı və bu uğursuzluğu hamı görməlidir”.

Trussun sözlərinə görə, İsveç və ya Finlandiya NATO-ya üzv olmaq qərarına gəlsələr, onları ən qısa zamanda qəbul etmək lazımdır. Nazir Ukraynadakı müharibəni ümumi müharibə adlandırıb. Və qeyd edib ki, Qərb ölkələri Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün silah istehsalını artırmalı və Ukraynaya ikiqat dəstək verməlidir.

"Putin uğur qazanarsa, bütün Avropa üçün inanılmaz fəsadlarla nəticələnə bilər. Və bütün dünya bundan öz nəsibini alacaq. Biz bir daha heç vaxt özümüzü təhlükəsiz hiss etməyəcəyik",- deyə nazir vurğulayıb.

Xatırladaq ki, Liz Truss daha əvvəl qeyd etmişdi ki, Böyük Britaniya və digər Qərb ölkələri Kiyevi Rusiya təcavüzünə qarşı mübarizə üçün ağır silahlar və hərbi təyyarələrlə təmin etməlidir: “Qərb sakitləşə bilməz, çünki Ukraynanın taleyi hələ də sual altındadır”.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »